Suriya prezidenti planın uğurlu olması üçün əlindən gələni edəcəyini bildirib
Suriya prezidenti Bəşər Əsəd BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Kofi Annanın sülh planı ilə bağlı açıqlama
verib. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Suriya lideri ölkədəki vəziyyətin sabitləşməsinə yönəlmiş 6 bənddən ibarət planı qəbul etdiyini deyib.
Əsəd planın uğurlu olması üçün əlindən gələni edəcəyini də vurğulayıb.
Yorumlar