Misirin xarici işlər naziri Məhəmməd Kamil Amr İranın Suriya ilə bağlı mövqeyinin böhranın həllinə xidmət etmədiyini deyib. Amr bunu Tehrana da çatdırdıqlarını bildirib.
Nazir Qahirdə keçirilən dördtərəfli toplantıda İrana Suriyaya silah yardımı etməməsinə dair xəbərdarlıq etdiklərini söyləyib: "İranla Suriya arasındakı hərbi əməkdaşlığın 30 illik keçmişi var. Ancaq Suriyaya edilən silah yardımı bölgədə daha çox qanın axmasına səbəb olur. Bunu açıq şəkildə İrana da ifadə etdik".
Amr İran mətbuatındakı "Misir Əsədin iqtidardan getməsi şərtindən geri çəkildi" iddialarına da münasibət bildirib: "Bu haqda heç bir şərh vermirik. Toplantı və müzakirələrin uğurlu olması üçün gizlilik prinsipinə (əsl, ilkə) əməl edirik. Vicdani baxımdan Suriyada yaşananlarla bağlı səssiz qalmağımız qəbul edilə bilməz. Bu toplantıların və göstərilən səylərin Suriyada axan qanın dayanmasına kömək edəcəyinə
Yorumlar