Bölgələr: Ağsu-Şamaxı | Cənub | Gəncəbasar | Qarabağ | Mərkəzi Aran | Mil-Muğan | Naxçıvan | Tovuz-Qazax | Şəki-Zaqatala | Şimal Şərq | Sumgayıt Ali Özgündüz: “İnanırıq ki, gələn il Azərbaycanın torpaqları işğaldan azad olacaq"

Dünya Azərbaycanlılarının təşkilatlanması və birləşməsi Azərbaycanın daha da güclənməsinə səbəb olacaq.
Bu sözləri Gün.Az-a Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasının İstanbuldan olan millət vəkili Ali Özgündüz bildirib. “Azərbaycanın müstəqilliyinin güclənməsində və dünya siyasi arenasında söz sahibinə çevrilməsində Dünya Azərbaycanlıları Həmrəylik Günü kimi bayramların böyük rolu var. İnanırıq ki, gələn il Azərbaycan üçün torpaqlarının işğaldan azad ediləcəyi il kimi tarixə düşəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi gün ölkənin böyük bayramına səbəb olacaq. Azərbaycan bundan sonra daha da güclü bir dövlətə çevriləcək və haqq ədalət öz yerini tapacaq” - deyə, millət vəkili qeyd etdi.

Yorumlar