Fransızlar "erməni soyqırımı" ilə bağlı qanunun əleyhinədir

Fransanın nüfuzlu “Le Monde” qəzetinin oxucularının böyük əksəriyyəti “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlbini nəzərdə tutan qanunun qəbulunu mənfi qarşılayıb.
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, nəşrin sorğusuna qatılan respondentlərin 85,2 faizi ölkə parlamentinin aşağı palatasının qərarı ilə qətiyyən razılaşmır. Müvafiq sorğuya 50 mindən çox oxucu cəlb edilmişdi. Xatırladaq ki, ötən həftə Fransa parlamentinin aşağı palatası “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. 577 deputatdan səsvermədə 45 nəfər iştirak edib. Onlardan 38 nəfər lehinə, 7 nəfər isə əleyhinə səs verib.

Yorumlar