İran hakerləri "Yeni Azərbaycan" qəzetinin saytına hücum ediblər

Redaksiyadan verilən məlumata görə, saytı dağıtmağa cəhd göstərən haker saytın səhifələrinə ingilis dilində “bu sayt XHat tərəfindən dağıdılmışdır” cümləsini yazıb. Saytın mütəxəssislərinin səyi nəticəsində hücumun qarşısı dərhal alınıb, lazımi tədbirlər görülüb. Sonradan aparılmış araşdırmalar nəticəsində məlum olub ki, sayta hücum İran hakerləri tərəfindən həyata keçirilib. Sayta hücumun həyata keçirildiyi 46.225.104.224 nömrəli İP-in İrana aid olduğu təsdiqlənib.

Yorumlar