"İran istənilən xarici təhdidə qarşı çıxmaq üçün heç nədən çəkinməyəcək"

İran prezidenti Mahmud Əhmədinejad İslam Respublikasının düşmənlərinin İran xalqı və haqlarına hörmət etməkdən başqa çıxış yolu olmadığını bildirib.
İranın qərbindəki İlam şəhərində böyük izdiham qarşısında çıxış edən Mahmud Əhmədinejad deyib ki, istənilən xarici təhdidə hazırdılar və buna qarşı çıxmaq üçün heç nədən çəkinməyəcəklər. İranın digər dövlətlərin beynəlxalq suverenlik və əsas hüquqlarına hörmətlə yanaşdığını deyən prezident Əhmədinejad digər ölkələrin də İranın bu dəyərlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıb. O, İran xalqının heç zaman ABŞ-ın ekspansionist siyasətinə yol verməyəcəyini bəyan edib. Mahmud Əhmədinejad ABŞ və onun müttəfiqlərinin 32 ildir İrana əleyhinə işlədiyini qeyd edib. Onun sözlərinə görə, düşmənlər İran xalqına qarşı əsasız itihamlar irəli sürməyi davam etdirsə də, bu cür davranışa yalnız onların özü layiqdir.

Yorumlar