İranın bir vilayətində on yaşında olan beş qız ərə verilib

APA-nın məlumatına görə, bu barədə Hörmüzgan vilayətinin Vətəndaşların Qeydiyyatı İdarəsinin sədri Rza Qulampur illik hesabatında bildirib. R. Qulampur sədri olduğu idarədə 2011-ci ildə nikahı qeydə alınan ən azyaşlı qızların sayını açıqlayıb: “Bu il Hörmüzgan vilayətində ailəsinin razılığı ilə on yaşlı beş qız evləndirilib. Onlardan üçü Minab, biri Bəndərələngə, biri isə Bəndər Abbas şəhərinin sakinidir”. Qeyd edək ki, İran qanunlarına görə, qızların nikah yaş həddi 9-dur.

Yorumlar