MAHMUT EHMEDI NECATIN SHEREFSIZLIYI!

Molla rejimi təcavüzkar dövlətə dəstək verir İran prezidenti Əhmədinejadın Ermənistana səfəri Azərbaycan cəmiyyəti, eləcə də müsəlman dünyasında birmənalı qarşılanmayıb. Özünü rəsmən müsəlman dövləti elan edən İran İslam Respublikasının təcavüzkar dövlət olan, bir milyondan artıq müsəlmanı doğma ev-eşiyindən didərgin salan, müsəlman məscidlərini və dini abilərini yerlə yeksan edən bir dövlətlə əlaqələrini genişləndirməsi təbii ki, narahatçılıq doğuran faktordur. İranın Ermənistanla iqtisadi və siyasi əməkdaşlığı bir daha sübut etdi ki, islami dəyərlər İranın dini və siyasi hakimiyyəti üçün manipulyasiya vasitəsidir. Qəbahətli məqamlardan biri də ondan ibarətdir ki, bu manipuliyasiya ən yüksək dövlət хadimləri tərəfindən davam etdirilir. Əks halda, necə ola bilər ki, İslam dövlətinin başçısı müsəlmanları kütləvi şəkildə qıran, məscidləri yerlə-yeksan edən Ermənistana səfər edir, bilavasitə həmin proseslərdə fəal iştirak etmiş Serj Sarkisyanla qucaqlaşır, Ermənistan və ermənilər haqqında ağızdolusu təriflər səsləndirir. Diqqətdən yayındırmaq olmaz ki, Əhmədinejad Ermənistana səfəri zamanı erməni хalqını qohum adlandırmış və qardaşları ilə görüşdən məmnun olduğunu bəyan etmişdi. Təkcə bu fikirlər İranın əzəli olaraq təcavüzkar dövlətə dəstək verməsi, şəхsi maraqları naminə müsəlman olmasını unutmaq faktını təsdiqləməkdir. Digər bir məqam, Əhmədinejadın İran və Ermənistan xalqlarının ortaq mədəniyyətə malik olması barədə fikirləri necə başa düşülməlidir? İranda yaşayan 30 milyon azəri erməni cəlladları ilə eyni mədəniyyət daşıyıcıları ola bilərlərmi? Bu isə İran İslam Respublikasında molla rejiminin özbaşınalıqları, cəmiyyətdə hökm sürən total qorxu mühiti, insanların hüquq və azadlıqlardan məhrum olunması, hakimiyyətin öz vətəndaşlarına qarşı aqressiv davranışının biləvasitə göstəricisidir. İran və Ermənistan xalqlarının mədəniyyəti arasında paralellər aparmaq, ortaq dəyərlər müəyyənləşdirmək İslam dövlətinin rəhbərinə nə dərəcədə haqq qazandırır? Bəs bütün dünyada İslamın müdafiəsi missiyasını üzərinə götürmüş İranın dini rəhbəri Ayətullah Xomeneyi, Azərbaycana qarşı gündə bir bəyanat verən İranın digər qatı mühafizəkar dindarları niyə susur? Onu da qeyd edək ki, artıq bu kimi məsələlər bu ölkənin yüksək mövqe sahibi olan ruhaniləri tərəfindən də etiraf olunur. Əhmədinejad Ermənistana səfəri erməni хalqının maraqlarına хidmət edən bir sıra sayıqlamaları ilə yadda qalıb. Belə ki, İran rəhbəri jurnalistlərlə görüşündə bildirib: “Biz qonşu və qohumuq və yanaşı yaşamalı, öz maraqlarımızı irəli aparmalıyıq. Əməkdaşlığımızın genişləndirilməsində heç bir məhdudiyyət yoxdur”. Göründüyü kimi, Əhmədinejad İran və erməni xalqlarını qohum hesab edir, ortaq maraqların irəli aparılmasının vacibliyini vurğulayır. Belə olan vəziyyətdə nəyə görə Əhmədinejadın Sərkisyanla çoxsaylı görüşlərində bir dəfə də olsun Zəngəzurda, Göycədə, İrəvanda, Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində məscidlərin, İslam abidələrinin yerlə yeksan olunması, müsəlmanların qətlə yetirilməsi ilə bağlı məsələləri qaldırmamasının əsl səbəbləri üzə çıxır. İranın mütəmadi olaraq Ermənistana siyasi və iqtisadi dəstək verməsi təbii ki, Dağlıq Qarabağ probleminin həllində təcavüzkar dövlətin ayaq yeri lamsına rəvac verir.

Yorumlar