Makkeyn Putinə söz atdı

Con Makkeyn Rusiyanın baş naziri Vladimir Putinə sosial şəbəkədə söz atıb.
Amerikalı senator, respublikaçılar partiyasının nümayəndəsi Con Makkeyn Rusiyanın baş naziri Vladimir Putinə sosial şəbəkədə söz atıb. Senator “Twitter” sosial şəbəkəsində yazıb: “Putin hakimiyyətini gücləndirmək üçün hakimiyyətə öz dostlarını gətirmək istəyir”. Bu Makkeynin Putinə atdığı ilk “sözlər” deyil. Hələ Rusiyada parlament seçikləri öncəsi Makkeyn “Əzizim, Vlad! Hazırlaş “ərəb baharı” siz tərəflərə yaxınlaşır” sözlərini ünvanlamışdı. Dekabrın 15-i Vladimir Putin isə Makkeynin sözlərinə cavab olaraq- “Məlum olduğu kimi, cənab Makkeyn Vyetnamda nəyinki həbsxanada cəza çəkib, hətta onu “quyuya atmışdılar”. Makkeyn həbsxanada uzun illər qalıb. Bu müddət ərzində hamının “başı xarab olardı”. Ona görə də o nə danışdığını bilmir”. Con Makkeyn “Fox news” telekanalına müsahibəsində yenidən cavab verməkdən çəkinməyib. “ Putinin mənim Rusiya Federasiyası haqqında dediklərimə reaksiyası çox qəribədir. Yəqin ki, mənim dediklərim Putinə pis təsir edib. Rusiyada son vaxtlar baş verənlər göz qabağındadır. Ona görə də onun bu reaksiyasının səbəbi mənə aydındır”.

Yorumlar