Qondarma soyqiriminin Fransada qebul edilmesinin perde arxasi ortaya cixdi! beleki bu layiheni hazirlayib Fransa parlamentine teqdim eden shexs, (eger shxs demek mumkunse) Valeri Boyer adli bir ereb qadinidir! axi erebler hemishe turklerin dushmani olub!! goresen Tayyib erdogan bu faktin qarshisinda ne yapacak?! yenedemi ereblere yalakalik edecek??!! Erdonun yanlish siyaseti Turkiyenin bashina daha coox belalar getirecek! onun araplarla qardashligi Turkiyeye cox baha qiymete patliyacak!!!!!

Yola saldığımız həftənin ən çox dartışılan mövzusu şübhəsiz ki, Fransa Milli Məclisinin qəbul etdiyi uydurma soyqırımı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi oldu.Təbii ki, qanunun qəbuluna sağlam düşüncəli fransızlar da sərt reaksiya verdilər. Onlar Türkiyəni incitməyin ağıllı və məntiqli olmadığını bəyan etdilər. Lakin Valeri Boyerin layihəsi ilk mərhələdə qəbul edildi. Azərbaycan oxucusu bu qadının adını eşirsə də, onun haqqında ətraflı məlumat ala bilməyib. Məsələnin aktuallığını nəzərə alaraq, Lent.az sizə bu qadının qısa həyat yolunu təqdim edir. Fransa parlamentinin saytındakı məlumata görə, Valeri Boyer 11 iyun 1962-ci ildə anadan olub, sonra siyasi və tibb təhsili alıb. 2007-ci ildə deputat seçilib. Ərindən boşanıb, 3 uşaq anasıdır. Atası Qabriyel 1921-ci ildə Əlcəzairin Mustəğanim şəhərində anadan olub. Anası Lüsyen Burq isə 1932-ci ildə Tunisdə dünyaya göz açıb. Bura qədər hər şey aydındır. Görünməyən isə xanım Boyerin unutqanlığıdır. Mustəğanim şəhərinin tarixinə nəzər salsaq bir çox məsələ bizə əyan olar. 1511-ci ildə bu şəhər ispanlar tərəfindən işğal edilir. Şəhər əhalisi ağır şərtlərlə təslim sazişi imzalamağa məcbur olur. Vəziyyətdən çıxış yolu kimi onlar Osmanlıya müraciət edirlər. Osmanlı qoşununun köməyi ilə şəhər azad edilir. Lakin problem bununla bitmir. Bir qədər fasilədən sonra ispanlar təkrarən şəhərə təhlükə törədirlər. Əhalinin budəfəki ümid yeri də yenidən türklər olur. Admiral Barbaros Xeyrəddin paşanın ordusu 1558-ci ilin avqustunda ispanları ağır məğlubiyyətə uğradır. Şəhərə rəhbərliyi ələ alan paşa buranı böyüdür və inkişaf etdirir. Mustəğanim şəhəri artıq ispan şəhərləri ilə rəqabət apara biləcək vəziyyətə gəlir. İspanların Əndəlusdan qovduğu müsəlmanlar da bura sığınır və nəticədə sənətkarlıq və kənd təsərrüfatı dirçəlir. Lakin türklərin zəifləməsi ilə şəhərin qara günləri də başlayır. 1792-ci ildə türklər şəhərin bir qismini Orana (ispan nəzarətində olan) verməyə məcbur olurlar. 1830-cu ildə isə Fransa müstəmləkəçiliyi dövrü başlayır. Fransızlar şəhəri tutduqdan sonra qaydalar dəyişir. General Demişel 1400 nəfər əsgərlə 28 iyul 1833-də şəhərə yerləşir və əhalinin öz əmlakı ilə birgə şəhərdən köçməsinə icazə verir. Əhalinin demək olar hamısı şəhəri tərk edir və fransız ordusu şəhərin strateji yerlərində qərar tutur. 1834-də imzalanan Tafna sazişi ilə şəhərin əmiri buranı bütünlükdə fransız idarəçiliyinə verir. Qonşu ərazilər də şəhərə birləşəndən sonra bura 27 iyul 1848-də alt prefektura statusu alır. Lakin fransız müstəmləkəçiliyi ilə türk hakimiyyətin müqayisəyəgəlməz fərqləri oldu. Belə ki, əhali Osmanlı dövründə milli xüsusiyyətləri qoruya bilmişdisə də fransızlar bunu dəyişdilər. Şəhərin yenidən qurulması adı ilə bir çox küçələr və maddi mədəniyyət abidələri dağıdıldı, Mustəğanim bir Avropa şəhəri görkəmi aldı. 1958-ci ildə Mustəğanim şəhərinin otelinin balkonunda general De Qoll çıxışını belə bitirmişdi: “Yaşasın fransız Əlcəzairi”. (Bu ifadə fransız dilində şimali Afrikadakı müstəmləkələri bildirir). Ötən əsrdə Əlcəzair müstəqillik əldə etdikdən sonra şəhər qismən də olsa inkişafa başladı. 2008-ci ilə olan məlumata görə, şəhərdə 150 000 nəfər yaşayır. Türk və Əndəlus əsilli ailələr çoxluq təşkil edir. Təbii ki, fransızlar Boyerin anasının vətənində də az oyunlardan çıxmayıblar. Bütün bunların fonunda isə Boyerin davranışını yalnız manqurtlaşma və köləlik təfəkküründən azad olmamaq kimi dəyərləndirmək olar. Böyük İslam alimi İbn Xaldun bir neçə əsr əvvəl haqlı olaraq müstəqillik əldə edən xalqların hələ uzun müddət müstəmləkə dövrünün nostaljisi ilə yaşadığını yazırdı. Türklərin babalarının etdiyi yaxşılıq qarşısında bu davranışın arasında paralellər axtarmağı əziz oxucunun ixtiyarına buraxırıq.

Yorumlar