XOMEYNININ GERCEK UZU! BIR INSAN BASHINA GELENLERI NEQL EDIR! HER KESIN OXUYUB NETICE CIXARMASI COX GOZEL OLARDI. BELKE XALQIMIZ DIN SHEREFSIZLERENI YAVASH-YAVASH TANIDI!

Səksən səkkizin yayında prezidentin səlahiyyətləri məhdudlaşdırılıb, formal xarakter daşıyırdı. Ölkənin bütün idarəçilik yükü baş nazirin çiyninə düşürdü. Əslində İranda prezidentin olub -olmamağının bu ölkənin daxili və xarici siyasətinə elə bir isti-soyuğu da yox idi.
Çünki ölkənin ayətullası istədiyi vaxt prezidentin səlahiyyətin ləğv edib, onu vəzifəsindən kənara qoya bilərdi. Baxmayaraq ki, prezident əhalinin səs çoxluğu ilə seçilirdi. Nəzərə almaq lazımdır ki, bu ölkədə hamıdan, hər kəsdən yuxarıda duran bir şəxs var, hamıya, hər kəsə də nəzarətçi odur. Onunla razılaşmayan öz kələfin öz əli ilə kəsmiş olur. Bu da Ayətüllah Xomeyni idi. Elə Mirhüseyin Musəviyə, onun eşidən qulağı və vuran qolu olan ETTELAAT-da məhz bu ağanın sayəsində nəfəs alırdı. Qorxu ilə tərbiyə olunub, onun diktəsi ilə hərəkət edən xalqdan fərqli olaraq, bu zaman hakim dairələrin özündə də etiraz notları üzərində yeni nəğmə çalınmağa başlayanlar tapıldı. Bu qanlı tamaşanın hansı sonluqla qurtaracağını gözləyə bilməyən tamaşaçılardan biri də İmamın varisi, yəni, İmam Ayətullah Xomeynidən sonra dövlətin başında duracaq şəxs Ayatuləh Müntəziri idi. İran adlı böyük səhnədə oynanılan faciəvi əsərin bu qədər uzanmayıb, qat-qat pərdənin tezliklə yerə sərilib torpağa gömülməsi üçün istədi özü də səhnəyə çıxıb müsbət bir rol oynasın. Ona görə də hər gün avazla oxuduğu Qurani-Kərimi qoltuğuna vurub İmam Xomeyninin yanına getdi. Salam-kəlamdan sonra dedi ki: --Ağa, ölkə qan içində üzür... -- Allaha qarşı müharibə elan etmişlər gərək cəzalarına çatsınlar. Biz inqilab etməmişik ki, allahsızlarla bir ölkədə yaşayaq, -- cavabını alması onun üçün gözlənilməz olmadı. Çünki, o yaxşı bilridi ki, qoca imamın arzusunda olduğu kafirsiz dünyadır. -- Ağa, son ayda edam olunanların sayı on iki minə çatıb, hələ üstəlik İranın bütün zindanları doludur. -- Bunun nəyindən qorxursan, oğul? Qoy, olsun! Gərək əvvəl İranı kafirlərdən təmizləyək, sonra inqilabı qonşu ölkələrə yayaq. -- Ölüm gücüylə? -- Yox, azan səsiylə... Qəfildən imamın üzünün turşumasından varis hiss etdi ki, bu yöndə gedən söhbət ona xoş gəlmir. Ona görə də cəhd etdi mövzunu dəyişsin. Ağzını doldurub danışmaq istəyirdi, lakin sözü ağzındaca qaldı. Bu dəfə də usta şagirdini qabaqlayıb sözünə davam etdi: -- Gərək əvvəlcə şurəviləri imana gətirək. Oruslar onları kafir ediblər... Yolunu azmış dünyanı yalnız islam kimi mütərəqqi bir din xilas edə bilər. Mən inanıram ki, biz buna nail olacağıq. Yolumuza inanmayan bizim düşmənimizdir! Allahın düşmənidir onlar. İslam inqilabı allah tərəfindən seçilmişlər ölkəsi olan arilərə nemət kimi göydən göndərilib. Qaldı, mühariblər, onlar allaha qarşıdırlar, onu tanımırlar. Belə olan halda allahı tanımayanın boynu vurulmalı, heç yerdə nişanəsi qalmamalıdır. Nişanə qalarsa, allahsızlıq yaddaşlarda kök atar. Oğul, bir də unutma ki, allahdan qorxmayan yolunu azar. -- Allaha sevgi ilə qovuşmaq olar. -- İnsanlar qorxmasalar, sevməzlər. -- Qorxu sevgini öldürür. Müqəddəslik ülvi duyğudur! Ona görə də gərək insanda ülvilik aşılansın müqəddəsliyə qarşı. Amma bu dəqiqə ölkədə baş verən hadisələr bizim böyük işimizə ziyan vurur. Bir anlığa gözlənilmədən imam qaşlarını çatıb, çatılmış qaş altından gözlərini ona zilləyib: -- Sən bu fəlsəfəni hardan öyrəndin? -- dedi. Onun gözlənilməz sualından varis də tutuldu və birdən-birə ciddiyyətini artıraraq: -- Son aydakı qətillərin təcrübəsindən nəticə aldım! -- Dedi. Ayətullahsa əlavə etdi ki: -- Biz islam inqilabında bir səhv etdik. İmamın nə kimi səhv etdiyini və ən əsası səhvini etiraf etməsi varisdən ötəri gözlənilməz olduğu üçün sual etdi: -- Ağa hansı səhvi nəzərdə tutur? -- Gərək inqilabdan dərhal sonra dar ağacı quraydıq. Çaşqınlıqdan özünü itirmiş varis ancaq: -- Harda? -- Soruşa bildi. -- Hər yerdə... Küçədə, bazar qabağında, meydanlarda, adamların gözü qabağında, yaşayış məntəqələrinin həyətində, univeristetlərin qabağında... Hər yerdə bunlar olmalıydı... Belə etsəydik, indi işimiz asan olardı, xalqı öz nəzarətimzidə rahat saxlaya bilərdik. Ani olaraq hər ikisi susub bir-birinin üzünə baxdı. Lakin yenə sükutu birinci pozan Müntəziri oldu. -- Yalan məlumatla şərlənib, zindanlarda səhvən öldürülənlər də çoxdur. Ağanın buna münasibəti necədir? Bunu deyib Xomeyninin fikrini öyrənmək istəyən varis gözlərini onun ağzına dikdi. Lakin imam nə düşünürdüsə cavab verməyə tələsmirdi. Bunu görən varis izah etməyə başladı: -- Pastarların səhvən öldürdüklərinin qanı batır. -- Sonra da əlavə etdi ki: -- Bəzən səhv salıb günahsız adamları da edam edirlər. -- Günahsız ?.. -- Hə, ağa, günahsızları sual edirəm. -- Unutmusan, ağayi Şeyx Sadiq Xalxalinin bu məsələni həll etdiyini? Varis gözlərini qıyıb uzaq bir nöqtəyə baxdı. Xalxalinin zindanda nahaqq ölənlərlə bağlı məsələni necə qanuni həll etdiyini xatırlaya bilmədi. Qoca imamsa hiss etdi ki, varisi onun niyə işarə etdiyini anlamadığı üçün bərkə-boşa düşüb çətinlik çəkir. Elə ona görə də nəyə işarə etdiyini açıb nişangahı öz əli ilə göstərdi: -- Ağayi Xalxali fitva verib ki, kimsə səhvən edam olunarsa, yeri behiştlikdir. Yəni, narahat olmağa səbəb yoxdur. Kimsə yanlışlıqla öldürülürsə, cənnətlik olacaq. Ayətullah Xomeyni Xalxalinin günahsızlara behişt vədini xatırlayıb gülümsəyərək varisinə sual etdi: -- Məgər, bu azdır? --Bunun yetərli mükafat olduğunu düşünmürəm ... -- O, hökumətin günahını azaltmağa cəhd edib yollar axtardığı bir zamanda imam: -- Onu belə edək... -- deyib, sözünə ara verən imam əlini ağzının üstündən aşağı düz saqqalının ucuna qədər çəkib dümağ saqqalını yavaşca sığalladı: -- Onlara inqilab şəhidləri adı verək, yazıqdılar, qoy qanları batmasın. Məmnuncasına bığaltı gülən imam bir neçə dəfə başını yırğaladı. Ayətulləh Müntəziri hiss etdi ki, bu dəqiqə ölkədə aparılan daxili siyasətdən razı olan qoca imam qan eşqindən cuşa gəlir. Belə olan halda onu insafa gətirmək çətindir. Bu yerdə fikriləşdi ki, bəs necə etsin edamların sayın azaltsın. -- Ağa, Müqəddəs kitabımız Quranda yazılıb ki, "Qız uşaqlarını edam etmək, öldürmək günahdır". Onda əmr edin qız uşaqlarının edamını saxlasınlar. Sözünü bitirən varis əl atdı kitabı vərəqləyib sübut üçün imama bu barədə yazılmış ayəni göstərsin və bununla da öz sözünə özü qüvvət versin. Həm də bununla fikrində israrlı olub İmama təsir etsin. Lakin İmam Xomeyninin gözlərini qıyıb ona zilləməsindən ağlı bir şey kəsməyən varis əlini kitab üzərindəcə saxladı. -- Sən haqlısan, oğul. Qız uşaqlarının öldürülməsi günahdır... Fikrinin belə tez cücərməsinə sevinən Müntəziri vaxtı bada vermədən dilləndi: -- Onların cəzasın yüngülləşdirmək də olar. Misal üçün edamı uzun müddətli həbslə əvəz edərlər, qirtarıb gedər. Qızlar etdikləri günah üçün cəzaya bu şəkildə çatarlar. -- Yox, kafir kafirdir... Kafiri cinsə bölməyin özü qəbahətdir. Arvad olsun, ya kişi, nə fərqi? Söbhət müqəddəs inamın inkarından, ona qarşı müharibə elan edən mühariblərdən gedir. Gərək kafir cəzalansız. -- Tez də üstündən artırdı ki: -- Onda belə edək, qız uşaqlarını verək pastarlara... Gözlərini döyə-döyə Xomeyninin ağzından nə çıxacağını səbirsizliklə gözləyən varis, onun son təklifinə yerindən qurcalandı. Səbirsizliklə bağlı töhməti hələ də canından çıxara bilmədiyi üçün özünü azca da olsa, dözməyə düçar etdi. Amma ağanın sözünə davam etmədiyini görüb dilləndi: -- Ağa, dində buyurulur ki, təcavüz günahdır! Bunu bilə-bilə günahamı bataq? --Sən niyə belə bəd fikirlərə cumursan? Kim deyir ki, onlara təcavüz olunsun? Sudan çıxmış balıq kimi havası çatmayan varis ağzı açıq qalıb, söz tapmırdı ki, ağasına desin. Ancaq bir neçə dəfə boğazında a... hərifini qaynadıb bişirdiyi ucadan mızıldamağından hiss olundu. Lakin "a" ilə başlayan heç nə tapa bilmədən dedi: -- Biz gərək dinimizin insanlara mərhəmət və bağışlamaqla bağlı insani fikirlərindən bəhrələnərək zindanilərə rəhm edək. --Biz bütün bunları qanunu edəcəyik! --Necə? -- Dünyada həlli olmayan müşkül yoxdur! -- Başını ona sarı uzadan imam səsinə xüsusi ahəng qataraq varisini qorxudan azad etməyə cəhd göstərdi. -- Bir ona qalıb ki, adam ağlın işlətsin. -- Bunu deyərkən imam, sağ əlin qaldırıb başındakı ağ əmmaməyə yavaşca vurdu. -- Zindandakı ölüm hökmü oxunmuş kafir qızların nigahı pastarlara oxunar, qurtardı getdi... Bir anlığa ağlı çaş-baş qalmış Müntəziri ağasının zindanda kafir qızla islam inqilabının sadiq keşikçisinin kişi pastarı ilə niyə evləndirmək istədiyini anlamadı. Amma bu yerdə nöqtəni yenə imam qoydu. -- Qız uşaqlarını verək pastarlar bakirəliyini alsınlar, sonra edam etsinlər. Biz də günahdan azad olaq, allahımız yanında üzüqara qalmayaq. -- Sözünü bitirərkən Ayətullah Xomeyni başını göyə tutub, gözlərini bir anlıq evin tavanına zilləyib allaha işarə etdi. --Bəs, sonra? -- Sən işi bu qədər çətin tutma... Sonra nigahlanıb edam olunmuş qızın cənazəsi ailəsinə verilərkən onun mehriyyəsi də ailəsinə cənazəsi üstə verilər. Bax, belə olanda kimin kimə borcu qalır ki? Məntiqə söykənmiş ağıl hər şeyi ustacasına həll etməyə qadiridir. Amma ağıl insani halı özündən kənara atarsa, qarşısındakının ruhun, insan olduğun nəzərə almazsa, onda hər şeyi öz mənafeyi yoluna yönəldər. Bakirə qızları haqq tərəzisində ölçən imam Xomeyni onların cehiz haqqı olan mehriyyəni min üç yüz tümən məbləğində olduğunu Müntəziriyə xatirladıb əlavə etdi ki: -- Heç kəsin haqqı heç kəsdə qalmamalıdır! Unutma ki, mehriyyə qiza cehiz haqqı və həm də anasına süd haqqı kimi verilir. Evlənən kişi gərəkdi ki, nigah etdiyinin nigah xərcinə qırcanıb, onu kəsməyə. Əgər kişi və qadın arasında kəbin və ya siğə oxunubsa, onların aralarında məhrəmlik varsa, demək, qadının haqqı verilməlidir. Dinimiz halalıq olmasını buyurur... -- Ağa, axı əksər hallarda kafirlərin cənazəsi ailələrinə qaytarılmır... -- Olsun! Amma halallıq olaraq cehiz haqqı ödənilməlidir. Bu allahın buyruğu, Qurani-Kərimin yazılı göstərişidir. Biz bundan qaça bilmərik. Müntəzirinin fikri qoca imamın əməl baxçasında göyərməyinə göyərdi, amma çiçək kimi yox, tikanlı qanqal tək. Elə bu qanqalın tikanlarından birinci zədə alan onun öz inamı oldu ki, o, Ayətullahdan çimçindi və daha söhbəti uzatmayıb cəld ayağa qalxdı. Beləliklə də, müsbət rol həsrəti ilə rejissora xahişə gələn orta səviyyəli artist özü də bilmədən ən qəddar səhnənin yaranması üçün quruluş vermiş oldu. İşini bilən rejissor orta səviyyəli artistə heç zaman baş rol verməz. Eləcə də Müntəziri arzuladığı rolu oynaya bilmədi. Səksən səkkizin yayında səhnələşdirilən tamaşa pərdəsinin salınmasını gözləməyən varis, o axşam evinə gedib Müqəddəs kitabı meşin dərinin arasındaca öz otağında Quran rəhlinin üstünə qoydu. Əlini uzadıb kitabın arasını açmaq istəyəndə birdən-birə əli əsdi. Nə düşündüsə əli kitaba çatmamış yarı yoldanca onu qaytarıb üzünü yana tutub, yönünü çevirib ordan uzaqlaşdı. İmam Xomeyninin günahı ləyaqətlə yumaqla bağlı yeni kəşfinin zindanlarda tətbiqi üçün elə həmin gün İranın bütün zindanlarına yazılı sənəd şəklində əmr göndərildi. Əmrin icrasına isə ləngimədən səhəri, dan yeri ağarmağa başlayanda yeni iş gününün ilk anından əməl etdilər. Zindanlarda qanunu təcavüz üçün imam tərəfindən verilmiş dini icazəni -- kəbin haqqındakı əmri bir qayda olaraq təkcə molla oxumurdu. Bunu zindandakı mömün, hətta zindandakı zindan başçıları da icra etməyə başladılar. Çünki zindan başçılarının çoxsu molla kökənli məmurlar idi. Kəbin mehriyyəsi kişi tərəfindən edam olunmuş qız ailəsinə ödənildiyi kimi, həm də qız ailəsinin borcu idi ki, kəbin kəsmiş mollanın haqqı olaraq beş min tümənlik şirni alıb, zindanda işçilərə onu paylasın. Mehriyyə xərcini isə dövlət özü ödəyirdi. Çünki edam olunmuş qız dövlət işçisi ilə evləndirilirdi. Xomeyni demişkən: hər şey ədalət gözü ilə biçilib, haqq tərəzisində ölçülmüşdü. Elə bunun nəticəsində də əskik olanların üzərinə əlavə olunub, artıq olanlarsa, yontanıb qız və tərəzinin mal gözündə pərsənglər bərabərləşmişdi. Qanin kitabında yazılmışdır ki: "Ey mömünlər, istifadə etdiyiniz qadınların mehriyyəsinın miqdarın öz aranızda anlaşın!" Amma təəssüf ki, bu anlaşmada qız tərəfinin rəyi əsas sayılmadığı üçün biçən də, ölçən də kişi evinin adamı idi ... Zindanda nigahı kəsilən qızlarsa, zindan işçiləri arasında o gündən bəri zarafatyana inqilab gəlini adlanmağa başlandı.........................MIRSAMIR MEMMEDOV

Yorumlar