IRAN ERMENILERI SILAHLANDIRARAQ AZARBAYCANIN USTUNE QALDIRIR. SONRA DA BIZ SIZINLE DIN QARDASHIYIQ DEYE QABAQDAN GELMISHLIK EDIR. ISLAM DININI ELINDE BAYRAQ TUTARAQ, "MEN NE ISTEYIREMSE EDE BILEREM DEYIR!" BIZSE IRANIN BU IKIUZLU SIYASETINI PISLEYIR VE BASHDA XOMEYNI OLMAQLA BUTUN MOLLA REJIMINI LENETLEYIRIK!

"AZQ" qəzetinin yazdığına görə, ermənilər qondarma "erməni soyqırımı" ilə bağlı Tehranda genişmiqyaslı nümayiş, həmçinin sərgi və digər kütləvi tədbirlər keçirəcəklər. Onların bu aksiyanı Tehran rəsmiləri ilə razılaşdırdıqları da bildirilir. İslam respublikasının Bakıdakı səfirliyi isə adəti üzrə yenə də susdu, çoxsaylı müraciətlərimiz nəticəsiz qaldığından Güneydəki qardaşlarımızla əlaqə saxladıq. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Saleh İldırım isə "Həftə içi"nə verdiyi eksklüziv müsahibəsində daha geniş məsələlərə aydınlıq gətirdi. - Ermənilərin qondarma soyqırım ilə bağlı Tehranda irimiqyaslı mitinq keçirəcəkləri bildirilir. Bu barədə sizdə hansı məlumatlar var? - Hər il İran İslam Cümhuriyyətinin himayəsi ilə ermənilər Tehranda "soyqırım" aksiyası keçirirlər. Aksiya erməni xəlfəçiliyindən başlayır və şəhərdə hüquq-mühafizə orqanlarının himayəsi ilə Türkiyə səfirliyinin önünə qədər davam edir. Ötən illərdə həmin aksiyalarda Türkiyənin və Azərbaycanın əleyhinə şüarlar səsləndirdilər. Bu şüarlara etiraz edən azərbaycanlıları İranın təhlükəsizlik qüvvələri həbs etdilər. Ermənilərin bu saxta ideyalarına etiraz edən Güney Azərbaycan türklərini isə təhlükəsizlik qüvvələri dəyənəklə döydülər. - Digər tərəfdən də daşnaklara şərait yaratdılar ki, bıçaq və xəncərlə soydaşlarımıza hücum etsinlər. Bunun nəticəsində soydaşlarımızın bir neçəsi ağır yara aldı. Sonralar ETTEALAAT tərəfindən də ermənilər deyil, azərbaycanlıları, həmin yaralıları həbsə almışdılar. İran hakimiyyəti özünü "islam cümhuriyyəti" adlandırsa da, erməniləri Azərbaycan şiəsinə qarşı qaldırır və islam qanunlarına zidd olaraq erməniləri müsəlmanlardan üstün tutur. Bunu İranın Qarabağ məsələsində Ermənistanı aşkarcasına dəstəkləməsində də görmək olar. Bu gün Ermənistan əsgərlərinin maddi-texniki təminatı İran tərəfindən verilir. Rusiyanın Ermənistana ötürdüyü silahlar İran dövlətinin əli ilə ermənilərə təhvil verilir. Yəni ermənilərin silahlanmasında da İranın böyük rolu var. Qarabağ müharibəsində iştirak etmiş günyeli soydaşımız deyirdi ki, bir dəfə onlar erməniləri geri oturdublar. Bu zaman ermənilərin səngərindən İrana məxsus olan konserv qutuları, biskvit, xurma və digər malların qalıqlarına rast gəliblər. Tehranda keçirilən qondarma erməni soyqırımı nümayişi türkə düşmənçilik kimi qiymətləndirilməlidir. - "AZQ" qəzetinin yazdığına görə, erməni təşkilatları budəfəki nümayişi Tehran rəcmiləri ilə razılaşdırıblar... - Bu həqiqətdir ki, İran hakimiyyəti razı olmadan belə nümayişlər keçirilə bilməz. Güney Azərbaycan türkləri Urmiya gölünün qurudulmasına etiraz olaraq hərəyə bir qab suyu gölə daşıyırdılar. Amma təhlükəsizlik qüvvələri millətə hücum etdi, yolları bağladı, soydaşlarımızı tutdu və onlara mane oldu. Belə bir təbii və qeyri-siyasi aksiyaya icazə verməyən rejimin erməni nümayişinə göz yumması onlarla razılaşmaq deyilmi? Güney Azərbaycanda millətin toy mərasiminə belə toplaşmasını əngəlləyən fars hakimiyyəti ermənilərə bu aksiyada pul və mənəvi dəstək verir. Aşura günü aşura mərasimi keçirməyə icazə verməyən hökumətin erməni nümayişini himayə etməsi başqa nə anlam daşıya bilər? Ermənilərə şərait yaradırlar ki, Türkiyə ilə Azərbaycanın əleyhinə istədikləri vaxt istədikləri yerdə nümayiş keçirsinlər. İran Ermənistana pulsuz və əvəzsiz neft verir. Hətta ötən il güneydə soydaşlarımızın neft qıtlığından soyuqda qaldıqlarına baxmayaraq Ermənistana neft axınını bir an olsun belə kəsmədilər. - Maraqlıdır, İranda erməni təşkilatlarının fəaliyyəti necədir? Onların gücü nə qədərdir? - İranda ermənilərin sayı 100 mindən azdır. Amma ermənilərin sayına baxmayaraq İran onlara böyük büdcə ayırıb. Onların Tehranda 9 məktəbi, İsfahanda həm məktəb, həm də institutları var. Bundan başqa, böyük kitabxanaları fəaliyyət göstərir. Amma türk dilində 1 dənə də olsun kitab çapına icazə vermirlər. Hər il İranın maliyyə dəstəyi ilə dünya erməniləri Qərbi Azərbaycanda yerləşən "Qara kilsə"yə toplaşıb, orada şənlik və seminarlar keçirirlər. İranda ümumiyyətlə qadınların heç bir hüququ yoxdur. Amma "Qara kilsə"də keçirilən mərasimlərdə qızlar kişilərlə bərabər rəqs edir, şərab içir, hətta əxlaqsızlıqla məşğul olurlar. Bu, İranın ermənilərə göstərdiyi simpatiyanın nəticəsidir. - Azərbaycanın milli hərəkat fəalları onların fəaliyyətinə qarşı hansı işləri görürlər? - Ermənilərin antitürk siyasətinə, xüsusən qondarma erməni soyqırımına qarşı Güneydə nümayişlərimiz olur. 2006-cı ildən başlayaraq Təbrizdə erməni xəlifəçiliyi qarşısında keçirilən Xocalı soyqırımı günü ilə bağlı etiraz aksiyaları bunlardan biridir. Ermənistanın Təbrizdə konsulluq açmaq istəyinə qarşı ciddi etirazlar İran hakimiyyətini geri çəkilməyə məcbur etdi. Nümayişlərdə "Ölüm olsun işğalçıya!", "Xocalı soyqırımını törədən erməni daşnaklarının cəzalandırılmasını istəyirik!", "Xocalı soyqırımının rəsmən tanınmasını tələb edirik!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndirmişik. Biz müsəlman türklərinin soyqırıma məruz qaldıqlarını dilə gətirdiyimiz üçün həbsə atıldığımız halda, müsəlman torpaqlarını işğal edən ermənilər sərbəstcəsinə türklərin əleyhinə olmayan təhqir və iftiralar səsləndirirlər.Təzyiqlərə baxmayaraq bu il də etirazlarımızı bildirəcəyik. - Bəs Güney Azərbaycanın istiqlalı ilə bağlı məsələ nə yerdədir? - Güney Azərbaycanda ən çox səslənən və dəstəklənən istiqlaliyyət düşüncəsidir. Güneydəki millətimiz 80 illik mübarizənin təcrübəsinə əsaslanaraq qurtuluşun, sadəcə, istiqlalda olduğunu dəqiqliklə başa düşüb. Güneydə gedən kütləvi hərəkat əsasən 2006-ci il mayın 22-dən etibarən başlayıb. Millətimizin əksəriyyəti yollarının təkcə istiqlal olduğunu deyir. Hərəkat günbəgün güclənir. İranın da Azərbaycana qarşı təzyiqləri məhz buna görədir. Bu ölkədə fikirləşirlər ki, Azərbaycan süqut etsə, Güneydə istiqlal düşüncəsi zəifləyəcək. Türkiyə nə qədər inkişaf etsə, bir o qədər də Güney Azərbaycanda istiqlaliyyət düşüncəsi yüksələcək və bu da İranın sonu deməkdir. Yüz minlərlə gənc üneyli stadionlarda qurd kimi ulayır Təzyiqlərə baxmayaraq Güney Azərbaycan dövlətini quracağıq. Güney Azərbayan İstiqlal Partiyası da Güney Azərbaycanın müvəqqəti hökumətini qurmağa hazırlaşır. Bu hökumət Milli Məclis təşkil olunana və demokratik seçkilər keçirilənə qədər davam edəcək. - Orada bu istiqamətdə əməli işlər görülürmü? - Əməli işlər Babək qalasına yürüşlərdən başlayır. Bu yürüşlər 2006-ci ildən şəhərdə də etirazlara səbəb olub. Bu gün minlərlə soydaşımız xiyabanlarda, stadionlarda boz qurd, "Haray, haray, mən türkəm!", "Təbriz, Bakı, Ankara, biz hara, farslar, hara", "Biz ölməyə hazırıq, Babəkin əsgərləriyik!", "Türk dilində təhsil!", "Azərbaycan bir olsun, istəməyən kor olsun!", "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!", "Urmiyam, Təbrizim, bütün Azərbaycanım!" və buna bənzər şüarlarla əməldə mübarizəni davam etdiririk. "21 Azər hhhərəkatı"nın ildönümündə millətimiz axşam damlara toplaşdı, boz qurd kimi uladılar və "Yaşasın milli hökumətimiz!" deyərək qışqırdılar. Bu gün 100 minlərlə gəncimiz stadionlarda boz qurd kimi ulayır və milli haqlarını tələb edir. Ən son etiraz və şüarlar isə Urmiya gölü ətrafında oldu ki, bunların hamısı əməli işlərin nəticəəsidir. - Bəzi məlumatlara görə, bu məsələdə fikir ayrılıqları var. Siz necə düşünürsünüz? - Ciddi fikir ayrılığı yoxdur. Sadəcə, bəzi amillər bunu yaratmağa çalışırlar. Məsələn: İranda qondarma seçkilərlə bağlı nümayişlərdə bizi parçalamağa çalışdılar. Amma bu alınmadı, əksinə, milli hərəkat daha da gücləndi. ABŞ-ın güneylilərlə bağlı cəhdləri nəticə verməyib Əkbər Ələmini meydana atan rejim azərbaycanlıları arxasınca çəkməyə çalışdı. Əlbəttə, bəzi siyasətçilərimizi aldada bildilər. Amma bizim müqavimətimiz və təbliğatımız onları səhv yoldan dönməyə kömək etdi. Bütün İran, amerikan mediası, həmçinin "BBC" və digər telekanallar çalışırdılar ki, azərbaycanlıları Musəvi və Kərrubinin ətrafında birləşdirsinlər. Amma azərbaycanlılardan ibarət heç 10 nəfərlik dəstək də görmədilər. Bunlar Güney Azərbaycan milli şüurunun yüksəlişinin isbatıdır. Dünya yaşılları dəstəklədiyi halda, Güney Azərbaycan qırmızı rəngi seçməklə rənglərini də irançılardan ayırdı. Beləliklə, mahiyyətcə fərqli olan milli hərəkat rənglərində də fərqləndi. Bu, dünyanı heyrətə saldı və İran hakimiyyətini daha da qorxutdu. Bəziləri iddia edirlər ki, Azərbaycan susub. Bu tamamilə yanlış və çaşdırıcıdır. Azərbaycan bütün dövrlərdə səhnədədir. Məsələn: Musəvi, Ələmi və ya Əhmədinejad xalq qarşısında çıxış edərkən gənclərimiz onların danışacağı yerlərdə toplaşdı və "yaşasın Azərbaycan" deyərək danışıqlarına mane oldular. Dövlətin təşkil etdiyi sağlamlıq yürüşünü, soydaşlarımız milli yürüşə çevirdilər. Cəsarətlə deyə bilərəm ki, hökumətin bütün manevr gücünü əlindən almışıq. - GAİP-in mövqeyi konkret olaraq nədən ibarətdir? - GAİP ilk partiyadır ki, açıq formada istiqlal mübarizəsinə başlayıb. Elmi və tarixi həqiqətlərə əsaslanaraq sübut etmişik ki, istiqlaldan başqa çıxış yolumuz yoxdur. Çünki digər yollar uğursuzluğa uğrayıb. Təşkilatımız güclənib və Güneyin bütün şəhərlərində soydaşlarımız təşkilatlanaraq planlı işlər görməkdədirlər. Yüzlərcə partiya üzvümüz həbs edilib, bir çoxu isə zaminə buraxılıb. Biz istiqlal savaşında "ana rolu"nu oynayırıq. Bəzi hallarda məhkəmələrdə və ya məmurlar müsahibələrində GAİP-in adını dillərinə gətirməyə məcbur olurlar. Amma əksər halda isə partiyanın adını nömrələnmiş formada çəkirlər. Biz bu davada ön cəbhədə gedirik.

Yorumlar