TEHRANDA REFSANCANIYE HUCUM OLUNUB!

Bakı. Könül Cəfərli – APA. Bu gün İranın paytaxtı Tehran şəhərində islam inqilabının 33-cü ildönümü münasibətilə keçirilən təntənəli bayram mərasiminə qatılan ölkənin sabiq prezidenti, ayətullah Əliəkbər Haşimi Rəfsəncaniyə hücum cəhdi baş verib. APA-nın “İranPressNews”a istinadən verdiyi məlumata görə, İran Məsləhət Şurasının sədri mühafizəçiləri ilə birlikdə Azadlıq meydanına gəldiyi zaman hökumət tərəfdarları onu təhqir ediblər. Eyni zamanda bir qrup “bəsici” (hökumət tərəfdarı könüllülər dəstəsi) Ə. Rəfsəncaniyə hücum etməyə cəhd göstərib. Onlar İran Məsləhət Şurası sədrinin əleyhinə “Ölüm olsun münafiqə!”, “Ölüm olsun vilayəti-fəqihin müxalifinə!” və sair şüarlar səsləndiriblər. Nəticədə polislərlə “bəsici”lər arasında toqquşma baş verib. Mühafizəçiləri Ə. Rəfsəncanini çətinliklə də olsa hadisə yerindən uzaqlaşdıra biliblər.

Yorumlar