"11 min erməni Avropadan sığınacaq istəyib"

Son 2 il ərzində təkcə Fransada sığınacaq alan ermənilərin sayı 2010-cu illə müqayisədə 2 dəfə artıb Son iki ildə 11 min Ermənistan vətəndaşı Qərbi Avropa dövlətlərindən sığınacaq istəyib. ANS PRESS-in məlumatına görə, bu haqda məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqınlarla iş üzrə agentliyinin hesabatında öz əksini tapıb.
Hesabata görə, iki il ərzində təkcə Fransada sığınacaq alan ermənilərin sayı 2010-cu illə müqayisədə iki dəfə artıb. Fransa ilə yanaşı Avstriya, Almaniya, Polşa və Kanadaya sığınacaq üçün üz tutan ermənilərin sayı artıb. Bununla paralel olaraq Ermənistana sığınacaq üçün üz tutanların sayı nəzərə çarpacaq dərəcədə azalıb. 2007-ci ildə 300 şəxs Eremənistan hökumətinə bu ölkədə sığınacaq üçün müraciət etmişdilərsə, bu rəqəm 2011-ci ildə 70-ə enib.

Yorumlar