"ABŞ Hərbi-Dəniz Qüvvələrinin ikinci qrupunu Fars körfəzinə göndərib"

ABŞ Hərbi-Dəniz Qüvvələrinin ikinci qrupu Fars körfəzinə göndərilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, körfəzə göndərilən əlavə hərbi qüvvəyə bir neçə döyüş gəmisi də daxildir. ABŞ rəhbərliyi bu qərarla bağlı açıqlama verərək, Fars körfəzinə ikini qrupun göndərilməsinin daha öncədən planlaşdırılmış hərbi təqvimə görə həyata keçirildiyini bildirib. Fars körfəzinə yollanan quru-dəniz xidməti qrupuna Şimali Karolina əyalətində 2 min nəfərlik hərbi birlik də qoşulacaq.

Yorumlar