"AZƏRBAYCAN YAHUDİLƏRİ"

Azərbaycanda yaşayan ən qədim xalqlardan biridə yahudilərdir. Tarixi olaraq, Azərbaycan Yahudiləri Cuhuro, Aşkenaz, Gurjim kimi qruplara bölünsədə bir müddət Krimçaklar, Kürt Yahudiləri, Buxara Yahudilərinə və İbrani köklü olmayan Subbotnik və Gər Yahudilərinə də ev sahibliyi etməkdə idi. 2002-ci il qeydlərinə görə, Azərbaycandakı Yahudilərin sayı 8900 nəfər olublar və bunların 5500-ünü Dağ Yahudiləri təşkil edibdir.
Bir neçə min nəfər də, azərbaycan tükləri ilə qarışıq evlilikdən gəlmişdir. Yahudilər hazırda Bakı, Sumqayıt, Quba və Oğuz rayonunda yaşayırlar. Qırmızı qəsəbə, dünyada Dağ Yahudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. 1920-ci ildən bəri isə, Şamaxı rayonunda bir dənə də olsun Yahudi ailəsi yoxdur. Yahudilərin yaşadığı yerlərdən biri də Göyçaydır. Yahudilərin, Azərəbaycana köç etdiyi dövrlərdən bəri Göyçayda yerləşsələrdə hazırda Göyçayda da az Yahudi ailələri qalmaq-dadır. Yahudilərin say baxımdan çoxluq olaraq yaşadıqları yerlərdən biridə Oğuz rayonudur. Hətda Oğuzda Cuhudlar məhəlləsi deyilən bir qəsəbə var. Həmin ərazidə Yahudilərin 2 böyük Sinaqoqları var. Yerli xalqla o qədər qaynayıb-qarışmışlar ki, özlərini Yahudi yox, Azərbaycanlı adlandırır bununla belə öz dini ayinlərini yerinə yetirir və öz milli kimliklərini qoruyub saxlayırlar. Yerli əhali tərəfindəndə onlara ögey münasibət bəslənilməməsi, bu isti münasibət bəslənilməməsi, bu isti münasibətlərin qurulmasında böyük rol oynayıb. Azərbaycan yahudilərinin, yaşadıqları ölkəyə köç etmiş yahudilərdə maraqla özünü göstərməkdədir. Bunlara misal olaraq Amerikada Bruklindəki “Baki” , “Şirvan”, “Azərbaycan” restoranlarını göstərmək olar. Tarixə baxış: Bizim coğrafiyada, Azərbaycan tükləri ilə Yahudiləri bir yerdə yaşamaq tarixi yüzilliklər öncə mövcud olmuş Alban dövlətinə qədər uzanır. Arxeoloji qazantılar zamanı Bakı ətrafında yeddinci yüzililiyə aid bir Yahudi yaşayış məntəqəsinə və Qubanın 25 km cənub şərqində köhnə Sinaqqoqa rast gəlinmişdir. Bakıdakı ilk dini bina 1862-ci ildə qurulub. Bu bina 1896-cı ildə Sinaqoqa çevrildi. 19-cu yüzlilliyin sonlarında daha bir neçə Sinaqoq inşa edildi. İlk qurulmuş Sinaqoq, 1910-cu ildə Bakıda istifadəyə verildi. 19-cu əsrin sonlarında, Rus İmperiyası altındakı Bakı Sionizm hərəkatının mərkəzlərindən biri oldu. “Hovevei Zion” 1891-ci ildə quruldu və buna 1899-dakı ilk Sionist təşkilat nəzarət etməyə başladı. Bu hərəkət qısa olan Azərbaycan Demokratik Cümhuriyyətində də güclü idi. 1919-cu ildə Yahudi Xalq Universiteti acildı; nizamlı aralıqlarla Yidiş, İbranicə, Cuhuricə məktəblər lokallar xeyriyyə qurumları və mədəniyyət mərkəzləri açıldı. Sovetlərin qurulma prosesində bütün Sionist aktivitetlər və İbranicə qaynaqlar qadağan edildi. 1920-ci illərin əvvəllərində bir neçə yüz Dağ Yahudi ailəsi, Azərbaycan və Dağıstandan ayrılıb, İsrailin mərkəzi olan Tel-Əvivə öz tarixi ata-baba yurdlarına yerləşdilər. Daha sonrakı köç yasağının qaldırılmasıyla, 1970-ci ildə həyata keçirirldi. Azərbaycan Yahudilərinin ən sıx olduğu 1970-ci ildə, ölkədə 41288 nəfər Yahudi var idi. Bunların üç mini 1971 və 1978-ci illər İsrailə köçərək, Tel-Əviv və Hayfaya yerləşdi. Dağ Yahudilərinin bügün Nyu-York, Vaşinqton və Torontoda tanınacaq dərəcədə böyük topluluqları var. Dağ Yahudiləri: Dağ Yahudilərinin mənşəli və Qafqazda yerləşmələriyrilə bağlı çoxlu ehtimallar mövcuddur. Onlardan biri, Tatlar və Dağ Yahudilərinin çox uzun zamanlardan Qafqazda yaşamağıdır. Deyilənlərə görə, Milladdan əvvəl 722-ci ildə Assuriyalıllar tərəfindən sürgünə göndərilən, itmiş 10 Qəbilə bir müddət sonra Əhəmənilər və Sasanilər tərəfindən sıxışdırılaraq Cənub-Qərbi İrandan Dağıstana köç ediblər. Bu ehtimallardan daha realı Dağ Yahudilərinin Erkən Orta əsrlərinin əvvəllərindən İrandan, ya da İslami fəthlər səbəbiylə Bizans İmperiyasından gəldiyidir. Kür çayının sol yaxasında Albaniyaya yerləşən Yahudilər Şimal qonşuluqlarındakı Qıpçak, Xəzər, Xaqanlığıyla təmasa keçməsidir. Yahudilərlə Qafqaz türklərinin isti münasibətləri o qədər irəli getmişdi ki, Xəzər imperiyası, Yahudiliyi qəbul edərək 790-cı ildə dövlət dini olaraq elan etdilər. Bunu yüzillər boyunca izləyən Dağ Yahudiləri, Şimala doğru hərəkət edərək Oğuz türklərinin bölgəyə yerləşməsinə yol açdılar. Nüfuzlarındakı artım İrandan gələn Yahudilərlə dəstəkləndi. Orta əsr-lərin sonlarında Gilan Yahudiləri bölgədəki Yahudilərlə iqdisadi və mədəni əlaqə qurdular. Sovetlər zamanına kimi, ipəkçilik və qumaş ticarətini məşğuliyyətinə sahibləndilər. 1730-cu ildə Səfəvi döv-lətindən ayrılan Quba xanı Hüseyn Əli xanın çıxardığı qərarla Yahudilər mülk sahibi oldular. 1926-cı ildə Sovet əhali sayımına görə toplam Yahudi əhalisinin 7500-ü Dağ Yahudisiydi. Sovetlər birliyinin son çağlarında Dağ Yahudilərinin sayı məlum deyildi. Çünki, Sovet İmperiyasının antisemit siyasətinin qurbanına çevrilməmək üçün özlərini Tat olaraq tanıtdılar. Araşımaçılar, Tat tayfasıyla Dağ Yahudilərinin eyni kökdən olduğu ehtimallarına şiddətlə qarşı çıxırlar. Dağ Yahudiləri bu gün Azərbaycandakı Yahudi diasporasını təşkil etməkdədir. Tat dilinin bəlli bir ləhcəsi olan və Cuhuri deyilən bir dildə danışmaqdadırlar. Bu dilə Yahudi Tatcası da deyilir. Nüfuz varlığının çoxluğuna görə 2-dən artıq dil bilirlər. Aşkenaz Yahudiləri: Aşkenaz Yahudiləri Bakıya ilk dəfə olaraq 1811-ci ildə gəlmişdilər. Davamlı köçlər sayəsində 1910-cu ildə Aşkenaz Yahudilərinin sayı Dağ Yahudilərinin sayını keçdi. Daha çox neft zəngini olan Bakıya yerləşdilər. Rus imperiyasının öndə gələn neft şirkəti “ Xəzər Qara Dəniz” şirkəti Alman yahudisi Rothschild ailəsi tərəfindən quruldu. Aşkenazlar 1940-cı illərin sonrarına qədər Azərbaycana köç etməyə davam etdilər. Bunların çoxunu II Dünya müharibəsi zamanı evlərindən çıxarılan Rus, Ukrayna və Belarusiyalı mühacir Yahudilər təşkil etdilər. Aşkenaz Yahudiləri Azərbaycan siyasətində aktiv rol aldılar. Kiyev mənşəli Dr.Yevsei Gindes Azərbaycan Demokratik Respublikasının səhiyyə naziri vəzifəsinə gətirildi. O dövr tibb aləmində Gindesin danılmaz xidmətləri olmuşdur. Hetta Aşkenaz Yahudilərinin Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında iştirak etməyə nail oldular. Onlar yerli xalqın tərəfini tutaraq yadelli işğalçılara qarşı, azadlıq mübarizəsi aparırdılar. Dövlə-timizin parçalanmasını istəyən və xalqımızın daim zülm altında qalmasında maraqlı olan, qonşular kimi hadisələrə biganə qalmırdılar. 1912-ildə, qeyddə olan vəkil həkimlərin üçdə biri Yahudi idi. Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi, Aşkenazların dilləri də ruslaşdı. Aşke-nazların çoxu Rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsindədə sərbıst danışmaqda xü-susi həfəs göstərirdilər. Yidiş dilini bilənlərin sayı məlum deyildi. Digər Yahudi Qrupları: Çar dövründən əvvəl yerli camaatın Gürcü Yəhuhudilərilə əlaqəsi olub olmadığı bilinmir. Lakin 1910-cu illərdə Gürcü Yahudilərinin Bakıdakı varlığı və onlara aid bir tədris mərkəzi olduğu məlumdur. Bu gün bir neçə yüz Gürcü Yahudisi Azərbaycana yaşamaqdadır. 1827-ci ildə Yahudi Aramicəsi ilə danışan Kürd Yahudilərindən bəziləri Azərbaycana yerləşdi. 1919-1939-cu illər arasında Bakıda bir Kürd Sinaqoqu mövcud idi. Sovetlər qurulduqdan sonra Stalinist Sovet hökumətində xoş qarşılanmayan Kürd Yahudiləri 1951-ci ildə Qafqazdan çıxarıldı. Dünyada yalnız 2500 nəfər olan Kırımcaklardan 1989-cu ildə 41 nəfəri Azərbaycanda yaşayırdı. Buraxara Yahudiləri isə 88 - nəfər idi. Gerlər və Subbotniklər: Gerlər və Subbotniklər Rusiyanın müxtəlif yerlərlərində 1820-ci illərdə Yəhudiliyi qəbul etmiş etnik qruplardır. 1839-1841-ci illərdə Çar höküməti bu şəxsləri cənubi Qafqaza əsasəndə Azərbaycana sürgün etdi. Buraya çatdıqlarında köhnə adı Həştərxan-Bazarı olan Cəlilabadın ən böyük məs-kunlaşma məntəqələrindən biri olan Privolnoyeye yerləşdilər. Bura sonralar Rusiyanın ən böyük Yəhudi-Rus məskunlaüma mentəqələrindən biri oldu. Sovet dövrünün sonlarına doğru Ger və Subbotnik xallqının, Azərbaycandakı sayı 5000 nəfər idi. 1997-ci ildə isə yalnız 200 nəfəri qalmışdı. Bunların da əksəriyyəti, Rusiyaya köç etməyi planlaşdırdığından ölkədəki bu camaat yox olmaq üzrədir. Əhalinin yaşayışı. 1960-cı illərin əvvəllərində Azərbaycan Yahudi əhalisində mədəni canlanma yenidən başladı. 1987-ci ildə Bakı və Sumqayıtda bir çox mədəni və Sionist təşkilatlar yenidən quruldu və Sovetlər biliyində ilk qanuni İbranicə dərslər Bakıda öyrədilməyə başlandı. Musəvi dillərinin tədris olunması 1930 və 40-cı illərdə Kremlin tərəfindən qaldırılıb Yidiş və Cuhuri dil təhsili Rus dili ilə dəyişdirildi. Sovet İtifaqının çökməsinin ardından 1994-də dini təhsil verən bir yeşiva və 1999-cu ildə “Or Avner Habad” gündüz məktəbi açıldı. 1994-cü ildən bəri bir nəçə dövlət universitetlərində İbranicə təhsili başlayıb iki liseydə də seçmə fənn kimi təqdim edildi. Yahudilərin çalışmalarına həsr olunan “Or Avner Habab” mərkəzi isə 31 may 2007-ci ildə Bakıda açılıb. Bu mərkəz gündüz məktəbi, uşaq evi, qocalar evi, elm departamenti, kitabxana və s. xidmətləri göstərmək məqsədiyə quruldu. 2007-ci il etibarı ilə Bakıda Aşkenazlara, Cuhurolara və Gurjimlərə xidmət edən üç Sinaqoq var. Bakıda ki, Cuhoroların sinaqoqu Qafqazın ən böyük sinaqoqudur. Qubanın yaxınlığında Qırmızı Qəsəbədə iki, Oğuzda iki sinaqoq var. Privolnoyedəki Gerlərə aid sinaqoq, 1990-ci illərdəki xaricə köçərək əhalinin azalması səbəbi ilə bağlıdır. Avropanın ən böyük sinaqoqu 9 Mart 2003-cü ildə Bakıda açıldı. Ayrıca 2003-dən bəri xidmət göstərən bir də Yahudi məktəbi var. Araşdırmamızdan da belə aydın olur ki, ölkəmizdə məskunlaşan, yerli əhali ilə səmimi münasibət qurmağı bacaran hər millət kimi yəhudlərdə ölkəmizin vətandaşları kimi qəbul edilərək nə dini, nə irqi əsaslarla, avropanın bir çox ölkələrindən fərqli olaraq ayrıseçliklə qarşılanmayıblar. Bu bizi, Azərbaycan türklərini digərlərindən fərqləndirən cəhətlətlərimiz olaraq hər zaman basqa milətlərdən fərqləndirib. MUELLIF: MURAD SALMAN

Yorumlar