"Bəşər Əsədə daha bir qadağa"

Qadağa ümumilikdə 126 suriyalıya şamil edilir.
Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə, eləcə də onlarla suriyalı məmura bu ilin yayında Londonda keçiriləcək Olimpiadaya getmək qadağan edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar Böyük Britaniyanın baş naziri Devid Kemeronla Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqe arasında keçirilən görüşdə verilib. Böyük Britaniya hökumətinin “qara siyahısı”na ümumiılikdə 126 şəxs düşüb. Bu şəxslərin arasında Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd də var. Qadağa Olimpiaadada iştirak etmək hüququ qazanan suriyalı idmançılara şamil edilməyəcək. Olimpiadanın təntənəli açılış mərasimində Suriya nümayəndə heyəti stadiona ölkənin bayrağı ilə deyil BOK-un bayrağı ilə daxil olacaq.

Yorumlar