"Elmar Məmmədyarov “Suriyanın dostları” konfransında iştirak edəcək"

XİN rəhbəri 1 apreldə Türkiyəyə səfər edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə 1 aprel tarixində Türkiyə Respublikasına səfər edəcək. Bu barədə ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir İstanbul şəhərində keçiriləcək “Suriya xalqının dostları qrupu”nun 2-ci Konfransında iştirak edəcək

Yorumlar