"İsrailin Azərbaycan aerodromlarına girişi haqqında informasiyanı ABŞ yayıb"

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Bolton belə deyib ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Bolton Barak Obama admnistrasiyasını İsrailin İrana qarşı əməliyyatına mane olmaq üçün bu ölkənin hərbi planları haqqında informasiyanı bilərəkdən yaymaqda ittiham edib. Bolton bu bəyanatı "Fox News" telekanalının efirində səsləndirib. Burada söhbət "Foreign Policy" jurnalında dərc edilən məqalədən gedir. Belə ki, ABŞ-ın adıçəkilməyən diplomatik, hərbi və kəşfiyyat dairələrinə istinadla bildirilib ki, İsrail Azərbaycan aerodromlarına giriş əldə edib və nəzəri cəhətdən bu aerodromlardan İrana qarşı hərbi əməliyyatlarda istifadə edilə bilər. Boltonun fikrincə, bu informasiyanın yayılması Ağ evin İsrailin İrana hücumunun qarşısının alınması üçün səyinin bir hissəsi olub. Buna baxmayaraq, keçmiş nümayəndə etiraf edib ki, sızıntının arxasında Obama admnistrasiyasının olması barədə inandırıcı sübutu yoxdur. İstefada olan general Coe Hoar "Foreign Policy"ə açıqlamasında Azərbaycanın aerodromlarından istifadənin İrana zərbə endirməyi asanlaşdıra biləcəyini deyib. Çünki İsrail ərazi cəhətdən İrandan xeyli aralı məsafədə yerləşir. Onun sözlərinə görə, bu yolla israilllilər 1,5 min km -ə qənaət edə bilərlər. Lakin Azərbaycanın Müdafiə Nazirliyi İsrailə aerodromların təklif edilməsi barədə informasiyanı təkzib edib. Eyni zamanda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bəyan edib ki, Azərbaycan heç vaxt öz ərazisindən İran əleyhinə istifadə olunmasına icazə verməyəcək Qeyd edək ki, Barak Obama bildirib ki, İranın nüvə proqramı ətrafındakı böhranı aradan qaldırmaq metodu kimi iqtisadi sanksiyalar və Tehrana siyasi təyziqlər üstünlük verilir. İsrail isə daha sərt mövqe tutur. ABŞ-ın müdafiə naziri Leon Panettanın sözlərinə görə, İsrail aprel, may və ya iyun ayında İranın nüvə obyektlərinə zərbə endirə bilər.

Yorumlar