"Mahmud Əhmədinejatın Ərdoğanla görüşü başlayıb"

İran prezidentinin baş nazirlə görüşü mətbuat üçün qapalı keçir
İranda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İran prezidenti mahmud Əhmədinejatla görüşü başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, görüş mətbuata qapalı keçirilir. Baş nazirlə prezidentin görüşündə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir. Bundna başqa Ərdoğan, Mahmud Əhmədinejatı nüvə müzakirələrinin İstanbulda keçirilməsinə inandırmağa çalışacaq. Qeyd edək ki, Ərdoğan ilə Əhmədinejat arasında görüş ötən günə planlaşdırılsada, İran prezidenti özünü pis hiss etdiyi üçün görüş təxirə salınmışdı.

Yorumlar