Türkiyədə 7 nəfər "əl-Qaidə" üzvü saxlanılıb

Onların "əl-Qaidə" qruplaşması ilə əlaqədar olduğu iddia edilir Türkiyə polisi terrorçulara qarşı xüsusi əməliyyatlar keçirib. Nəticədə 7 nəfər "əl-Qaidə" qruplaşması ilə əlaqədar olduğu iddia edilən şəxs saxlanılıb. Saxlanılan zaman onların evindən 2 silah, bir qılınc, təşkilata aid bəzi əşyalar və Üsamə bin Ladenin posteri tapılıb. Şübhəlilərdən biri Əfqanıstandan Türkiyəyə 15 gün əvvəl gəlibmiş. Polisin məlumatına görə, hazırda saxlanılan şəxslərlə bağlı istintaq işləri aparılır. Onu da qeyd edək ki, Türkiyə polisi terrorçulara qarşı tez-tez belə əməliyyatlar keçirir. Sonuncu əməliyyatlarda azı 120 nəfər həbs edilmişdi.

Yorumlar