Böyük Britaniyada böyük terror aktının qarşısı alındı

Polis rəisi: “Tapılan bomba partladılsaydı, nəticəsi qorxunc olardı”......................................... İrlandiya ilə Şimali İrlandiyanın sərhədində polis əməkdaşları tərəfindən tapılan güclü bomba zərərsizləşdirilib. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, tam hazır vəziyyətə gətirilmiş partlayıcı Şimali İrlandiyanın Nyuri şəhərinin yaxınlığında sahibsiz furqonda aşkarlanıb. Yeri polis rəisinin sözlərinə görə, bomba partladılsaydı, nəticəsi qorxunc olardı. Qeyd edək ki, bundan əvvəl Belfastda da partlayıcı və silah anbarı tapılmışdı. Hakimiyyət silah və partlayıcının respublikaçılara - dinc nizamlanmanın barışmaz əleyhdarlarına məxsus olmasından şübhələnir.

Yorumlar