İlham Əliyev Şimon Peresi təbrik edib

Azərbaycan prezdenti israilli həmkarına ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib..................................
Azərbaycan prezidenti İlham Əliyev İsrail dövlətinin prezidenti Şimon Peresə təbrik məktubu ünvanlayıb. Prezidentin rəsmi saytınin məlumatina görə, təbrik məktubunda deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə öz inkişafını davam etdirəcəkdir". İlham Əliyev Şimon Peresə möhkəm cansağlığı, işlərində uğurlar, dost İsrail xalqına sülh və tərəqqi arzulayıb.

Yorumlar