Obama Azərbaycanda səfir postuna Riçard Morninqstarın namizədliyini təklif edib

ABŞ prezidenti təklifi Konqresə göndərib....................................
ABŞ prezidenti Barak Obama Konqresə Azərbaycanda səfir postuna Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini təklif edib. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza olub. Obamanın səfir təyin etdiyi Brayzanın namizədliyi Senat tərəfindən dəstəklənmədiyindən o, Azərbaycandakı missiyasını başa vurub.

Yorumlar