SURIYA ORDUSU YENƏDƏ XALQA ATƏŞ AÇIB, 80 NƏFƏR ÖLDÜRÜLÜB

Suriyada ötən gün hökumət qüvvələri ilə müxalifət qüvvələri arasında toqquşmalarda azı 80 nəfər ölüb......................................
Müxalifət qruplarının məlumatına görə, onlardan 50-si Hama şəhərində, 21-i İdlibdə öldürülüb. Hama şəhərində onlarla adam da yaralanıb. Hökumət qüvvələrinin şəhərin müxtəlif yerlərində keçirilən aksiyalarda nümayişçilərə atəş açdığı bildirilir. Dünən Homs şəhərində partlayışlar da olub. Xatırladaq ki, Suriyada gərgin vəziyyət BMT müşahidəçilərinin sayının artırılması fonunda baş verir. Müşahidəçilərin sayının 300-ə çatdırılacağına qərar verilsə də, atəşkəsə riayət edilmədiyi bildirilir. BMT-nin hesablamalarına görə, Suriyada 1 ildən çoxdur davam edən iğtişaşlarda ölənlərin sayı 9000-i ötüb. Suriya insan haqları müdafiəçiləri isə bu rəqəmin 11000-i ötdüyünü iddia edirlər.

Yorumlar