Timoşenkonun döyüldükdən sonra çəkilən fotoşəkilləri yayımlandı –

Bu gün Ukrayna mətbuatı sabiq baş nazir Yuliya Timoşenkonun aldığı xəsarətləri əks etdirən fotoşəkillərini yayımlayıb.........................................
“Ukrainskaya pravda” qəzetinin yaydigi məlumata görə, Ukrayna ombudsmanı Nina Karpaçeva Yuliya Timoşenkonun bu fotoşəkillərini Avropa Birliyi ölkələrinin diplomatlarına təqdim edib. Fotoşəkillər Yuliya Timoşenko Kaçanov həbsxanasından Xarkov xəstəxanasına zorla göndərilməsindən 5 gün sonra - aprelin 25-də çəkilib. Yuliya Timoşenkonun vəkili məhz aprelin 25-də sabiq baş nazirə güc tətbiq edildiyini və müdafiə etdiyi şəxsin buna etiraz əlaməti olaraq aclığa başladığını bildirib. Hakim Regionlar Partiyasının mətbuat xidməti Yuliya Timoşenkonun hakimiyyəti pis vəziyyətdə qoymaq və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün “rejissorluq etdiyini” bəyan edib. Bu arada Kaçanov həbsxanasında Yuliya Timoşenkoya baş çəkən almaniyalı həkimlər onun onurğa sütununda kəskin bel yırtığı aşkarlandığını açıqlayıblar. Berlindəki Charite Klinikasının rəhbəri professor Karl Maks Aynxoypl Ukraynanın sabiq baş nazirini 3 dəfə müayinə etdiklərini bildirib.

Yorumlar