Dünya İrandan uranı azaltmağı tələb edir

Dünyanın aparıcı dövlətləri İrana uranın zənginləşdirilməsini azaltmağı təklif edir...................................
Dünyanın aparıcı dövlətləri İrana uranın zənginləşdirilməsini azaltmağa dair təklif təqdim ediblər. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eştonun nümayəndəsi Maykl Mann çərşənbə günü Bağdadda İranla "altılıq" arasında danışıqların kuluarlarında bildirib. IRNA agentliyinin məlumatına görə, təklif uranın 20 faizədək zənginləşdirilməsi ilə bağlı edilib. Lakin Mann təklif haqqında ətraflı məlumat verməyib. Uranın xaricdə zənginləşdirilməsi barədə saziş 2010-cu il mayın 17-də Tehranda İran, Türkiyə və Braziliyanın xarici işlər nazirləri tərəfindən əldə olunub. Dünyanın aparıcı dövlətləri İrana uranın zənginləşdirilməsini azaltmağı təklif edir İran və dünyanın altı aparıcı dövləti mayın 23-də Bağdadda nüvə danışıqlarının yeni mərhələsinə başlayıblar.

Yorumlar