"IRAN BEYNELXALQ ALEME MEYDAN OXUYARAQ NUVE MESELESINDE RAZILIGA GELMEDI!"

İran və Qərb ölkələri arasında Bağdadda iki günlük müzakirə başa çatıb..................................
Türkiyənin NTV telekanalınin verdiyi məlumata görə, Tehranın nüvə proqramı ilə bağlı müzakirələr nəticə verməyib və tərəflər gələn ay Moskvada yenidən bir araya gəlməyə qərar verib. Avropa Birliyinin xarici siyasət komissarı Katerina Aşton nüvə proqramı ilə bağlı İranla ciddi fikir ayrılıqlarını aradan qaldıra bilmədiklərini, 18-19 iyunda Moskvada yeni görüş keçiriləcəyini söyləyib. İranın nüvə məsələləri üzrə baş müzakirəçisi Səid Cəlili isə dinc məqsədlə nüvə proqramına malik olmağın hər bir ölkənin haqqı olduğunu dilə gətirib: “Hər iki tərəfdən də mütəxəssislər Moskva görüşünə hazırlıq aparacaqlar. Müxtəlif təkliflər irəli sürdük və bu da müzakirələrin ciddi olduğunu göstərir. Ölkələrin dinc məqsədlə nüvə texnologiyasına malik olmaq haqqını nəzərdə tutan müqaviləni yeniləməli və müqaviləyə imza atan ölkələrin haqlarını zəmanət altına almalıyıq. Bundan əvvəl İstanbulda keçirilən görüşdə bir çox istiqamətdə razılaşma vardı, Bağdaddakı görüşdə də bunu təsdiqlədik. Görüşdə Tehran Nüvə Reaktorunda istehsal olunan dərman vasitələrindən bir çox iranlının faydalandığını da nəzərə çatdırdım”. Qeyd edək ki, Qərb İranın uranı 20 faiz zənginləşdirmək istiqamətində fəaliyyətini dayandırmasını istəyir. Bunun müqabilində İrana beş maddəlik plan təklif olunub. İran bu şərtləri tənqid edib, Tehrandan çox şey istənildiyini bəyan etmişdi

Yorumlar