İranlı axund Azərbaycan hökumətini hədələdi

Mayın 25-də Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi Azərbaycan hökumətini hədələyib..................................
Əhməd Xatəmi deyib: “Azərbaycan hökuməti islama zidd hərəkətlərini dayandırmalıdır. Son vaxtlar bu ölkədən dinə və hicaba zidd olan hərəkətlərlə bağlı xoşagəlməz xəbərlər gəlib çatır. Ölkədəki səfirliyimiz qarşısında rəzil hərəkətlər edilir. Biz böyük bir ölkə olaraq bu ölkəyə nəsihət edirik ki, islamla üz-üzə durmasın. Hər kəs islamla üz-üzə dursa, evi yıxıldı. Azərbaycanın dünyanın ikinci şiə ölkəsi olduğunu nəzərə alaraq Azərbaycan həmkaranlarına deyirik ki, əgər indiki prosesi davam etdirsəniz, qabaqda sizi Ben Əlinin (Tunisin sabiq prezidenti – red.) taleyi gözləyəcək. O, xalqın dini ilə üz-üzə durduğuna görə devrildi. Əgər bu yolu getmək istəyirsinizsə, buyurun. Lakin bilin ki, süquta uğrayacaqsınız.

Yorumlar