İranın taleyi sabaha qaldı

İraqın paytaxtı Bağdadda başlayan İran və 5+1 ölkələri ilə arasındakı nüvə müzakirələri təxirə salınıb...............................
Iranlı diplomatik mənbələr ABŞ nümayəndə heyətinin İrana tətbiq olunan sanksiyaların davam etdirilməsi ilə bağlı fikir bildirdiyini, Rusiya tərəfinin buna qarşı çıxdığını və bunun 5+1 ölkələri arasında bölünməyə gətirib çıxardığını deyiblər. Qərb ölkələri arasındakı ixtilafların aradan qaldırılması üçün Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Ketrin Eştonun rəhbərliyi ilə müzakirələrin başladığı bildirilib. İranın Milli Ali Təhlükəsizlik Şurasının rəhbəri və nüvə müzakirəçisi Səid Cəlilinin də Eştonla müzakirə aparacağı da deyilir. İran mümayəndə heyətinin bir üzvü görüşlərdə ölkəsinin 5 maddədən ibarət təkliflər paketi irəli sürdüyünü bildirib. Mənbə İran tərəfinin məsələlərin cəm şəklidə müzakirə olunmasının yerinə, tək-tək danışıqlar aparılmasını və İstanbuldakı müzakirələrdə irəli sürülən tələblərin tamamlayıcı olmasını istədiyini deyib.

Yorumlar