İSPANIYA QONDARMA “ERMƏNI SOYQIRIMI” IDDIASINI RƏDD ETDI

İspaniyalı deputatlar qondarma “erməni soyqırımı” məsələsini rədd ediblər.............................
Türkiyənin “Haber365.com” saytının verdiyi bilgiyə görə, İspaniya parlamentinin Xarici İşlər Komitəsində 1915-ci il hadisələri ilə bağlı layihənin müzakirəsi aparılıb və iddia qəbul edilməyib. Layihəyə Birləşmiş Sol (İU) və Bask əyalətində yerləşən Bask Millətçi Partiyası (PNV) dəstək verib. Hakim Xalq Partiyası (PP) ilə ana müxalifət hesab olunan Sosialist İşçi Partiyası (PSOE) başda olmaqla, digər siyasi partiyalar layihəyə qarşı çıxıb. Komitədə aparılan müzakirələr zamanı çıxış edən iqtidar partiyasının nümayəndəsi Jose Maria Beneyto tarixi məsələlərə qarşı olduqlarını və bunu yerinə Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmaya kömək etmək istədiklərini qeyd edib.

Yorumlar