İŞQALÇI İRANIN NÜMAYƏNDƏSI BAKI AEROPORTUNDAN GERI QAYTARILDI

İşqalçı İranın dini rəhbəri Seyid Əli Xamneyinin nümayəndəsinin Azərbaycana buraxılmaması Azərbaycan qanunvericiliyə uyğun həyata keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. “Həmin şəxs qanunvericilik çərçivəsində təsdiqlənən müddəalara uyğun olaraq geri qaytarılıb”, - deyə XİN sözçüsü vurğulayıb. Qeyd edək ki, Xamneyinin nümayəndəsi Fərid Əsrinin Azərbaycana daxil olmasına icazə verilməyib, o, Bakı aeroportundan geri qaytarılıb.

Yorumlar