MEŞKINŞƏHRDƏ 35 NƏFƏR AZƏRBAYCANLI FƏAL TUTUQLANDI

Güney Azərbaycanın Meşkinşəhr (Xiyav) şəhərində 35 nəfər azərbaycanlı fəalın yaxalandığı barədə məlumat yayılıb..................................
Azərbaycanın müxtəlif şəhərlərindən olan 35 nəfər azərbaycanlı fəal Qəhqəhə Qalasında keçiriləcək bir mərasim üçün səfərə çıxıblar. Lakin, milli-mədəni fəalların bulunduğu avtomobil Qalaya gedən yolda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bütün soydaşlarımız Meşkinşəhr ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına aparılıblar. “Öyrənci”nin verdiyi bilgiyə görə, Yaxalanan soydaşlarımızdan sadəcə bir neçəsinin kimliyi müəyyənləşib: Fərhad Sərvnaz, Səccad Sərvnaz, Mehdi Üsuli, Aydın Zakir, Vəfa Həmidzadə, Mənsur Seyfi, Vəhid Xavəndi və ... .

Yorumlar