İran telekanalı Azərbaycanı təhqir etdi

İran televiziyalarından birində Azərbaycanla bağlı xoşagəlməz, yalan informasiya yayılıb. Absurd məlumatları İrandan “Eurovision” müsabiqəsini işıqlandırmaq üçün akkreditasiya olunmuş jurnalist öz süjetində verib. İranın “Tekon” televiziyasında Azərbaycan barədə təhqiramiz ifadələr olan süjet yayımlanıb. “Eurovision” müsabiqəsinin işıqlandırılması üçün akkreditasiya alan jurnalist videomaterialında Azərbaycanın şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyir. Jurnalist Azərbaycanı daim böyük İranın kölgəsində olan ölkə kimi təqdim edir. Süjetdə günün sonunda bağlanmış mağazalar, iflasa uğramış obyektlər, “Fastfud” qarşısında növbəyə düzülən insanlar isə acından ölənlər kimi təqdim olunur. Materialın müəllifi “Eurovision” yarışmasına gələn xaricilərə qarşı da qeyri-etik münasibət göstərir. Süjetin sonunda isə jurnalist sanki təsadüfən “Eurovision” yarışmasına gələn şəxsin əlindəki Azərbaycan bayrağına təpik atır.

Yorumlar