Serj Sarkisyan İrana səfər edəcək

Mahmud Əhmədinejad S. Sarkisyanı Tehranda keçiriləcək Qoşulmama Hərəkatı sammitinə dəvət edib...............................
Ermənistan prezidenti Serj Sarkisyan sentyabrda İrana səfər edəcək. ANS PRESS-in erməni saytlarına istinadən verdiyi məlumata görə, İslam ölkəsinin prezidenti Mahmud Əhmədinejad S. Sarkisyanı Tehranda keçiriləcək Qoşulmama Hərəkatı sammitinə dəvət edib. İranın İRNA agentliyi isə xəbər verir ki, sammitə dəvət məktubunu S. Sarkisyana İranın daxil işlər naziri Mustafa Məhəmməd-Nəcar təqdim edib.

Yorumlar