Mirsamir Məmmədov: "Cənab Libermanın Xocalı tədbirində iştirak etməsi, Azərbaycana əvəzsiz dəstəkdir!"

Avigdor Liberman, İsraildə keçirilən Xocalı Soyqırımının anım tədbirində........


İsrailin Xarici İşlər Naziri cənab Avigdor Liberman, İsraildə təşkil edilən genişmiqyaslı Xocalını anım tədbirində iştirak edib. İsrail dövləti və qardaş yəhudi xalqı Azərbaycanın və Azərbaycan xalqının bütün dərdlərinə ürəkdən şərik olaraq, hər zaman dəstək olmağa çalışmışdır. İsrailin Azərbaycana olan bu səmimi dostluğu son dərəcə əvəzsizdir! Bir qədər əvvəl də, İsrail prezidenti Reuven Rivlin, BMT-də Xolokost yəhudi soyqırımından danışarkən, Konfrans iştirakçılarının gözləmədiyi halda Xocalı dedi və Azərbaycan xalqının başına gətirilən Xocalı qətliamı var deyərək, bütün BMT dövlətlərinə səsləndi! İsrailin Azərbaycana qarşı bu kimi dəstəyi və yardımları saysız dərəcədədir. Azərbaycana olan bu dostluq və qardaşlıq münasibətlərinə görə İsrailə sonsuz təşəkkürlər! - Mirsamir Məmmədov

Yorumlar