"Radikal və satqın müxalifət özü anti-demokratik hərəkət edir!"

Radio6 və KANAL6 Media Yayım Qurumlarının rəhbəri Mirsamir Məmmədov, facebook hesabının bağlanmasında günahkar olan qüvvələri topa tutdu.....

Mirsamir Məmmədov: "Bu, internet üzərindən, virtual-siyasi ekstermistlikdir!"



Sözdə, Demokratiyadan və söz azadlığından danışan, əslində xarici qüvvələrə satılmış radikal müxalifətçilər məni facebook-a şikayət etməklə, əslində anti-demokratik hərəkət edərək söz azadlığına qarşı böyük bir cəbhə açıblar. Bu kimi iyrənc addımlarla anti-demokratik dəyərlərə xidmət etmiş oldular. Mənim şəxsi mövqeyimlə və fikirlərimlə qətiyyən barışmayan Azərbaycanın radikal müxalifət üzvləri tərəfindən, saylarını dəqiq bilməsəm də, iki gündür dəqiq araşdırmalar və incələmələr sonunda məlum olduğu kimi, çoxsayda profildən, "Mirsamir Memmedov" adlı facebook hesabım, eyni günlərdə fasiləsiz şəkildə Facebook-a şikayət olunub. Xatırladımki, bundan bir qədər əvvəl, həmin profilimə bir neçə xaker hücumları olmuşdur. Radiomuzun rəsmi səhifəsindəki bəyənmələr, layk saylarını vurararaq, bütün bəyənmələr "Unlike" edilmişdir, bəyənmə sayı 200-ə düşmüşdü. Qarşısını almaqda bir xeyli çətinlik çəkdik, amma sonunda nəticə etibariylə səhifəni geri qaytara bildik.  Bütün bunlarla yanaşı dayanmadan, profilim, Facebook-a şikayət edilib. Eyni zamanda da, xeyli müddətdir ki, çox sayda profildən təhqir olunurdum. Qruplardakı bütün paylaşımlarımın altından olmazın söyüş və təhqirlərini yazırdılar. Əksəriyyəti saxta profildir. Bu "demokratiya"dır! İndi bir sual ünvanlayıram ki, ay ədəbsiz, əxlaqsız və valideyn tərbiyəsindən məhrumlar! Bu hansı ləyaqət, hansı tərbiyə, hansı qanun, hansı haqq və ən əsası, hansı Demokratiyadır??? Demokratiyanın təməl kitabında söyüş söymək, təhqir etmək necə qəbul edilir??? Bunu xüsusi qeyd edim ki, uzun zamandır radikal müxalifət üzvləri tərəfindən siyasi mövqeyim üçün təhqir edilirəm, rəhbəri olduğum media qurumunun səhifəsinə xaker hücumu olundu, səhifə bəyənmələri "Unlike" edilərək bəyənənlər səhifədən blok edilidi, dəfələrlə profilimə xaker hücumları oldu, şifrəmi ələ keçirtmək üçün dəfələrlə saxta linklər, troyan virus və proqramlar göndərildi. Sonda isə facebook-a şikayət ediblər. O qədər profildən şikayət edilib ki, hesabım birdəfəlik ləğv edilib, yəni daha anlaşılan dildə desəm, mənim fəaliyyətimə son qoyulub! 2010-cu ildə açılan facebook hesabımın, bir an belə olsun fəaliyyəti dayanmayıb. Profilimin bağlanması mənə olduqca böyük zərbədir. Budur Azərbaycan müxalifətinin iç üzü, gerçək və real sifəti! Çoxsaylı profillərdən, fərqli adlardan qurup şəklində xeyli insan dayanmadan məni şikayət edib! Buyurun, bu da söz azadlığı! Bu da siyasiyi mövqeyindən dolayı, özünə rəqib bildiyi birisini sıradan çıxarmaq metodları! Amma etiraf edim ki, çox profsyanal şəkildə, peşəkarcasına işləyiblər, hardasa bu profilimin də bağlanması təhlükəsi olduğunu düşünürəm! Budur radikal müxaliftin təbliğ etdiyi, aşıladığı və var qüvvəsi ilə müdafiə etdiyi ideaların təməl prinsipləri! Azərbaycana gətirmək istədikləri və tətbiq etmək arzusunda olduqları dəyərlərin əslində nədən ibarət olduğunu detallı şəkildə izah etdim. Əgər ikinci profilim olmasaydı, həqiqətən bütün fəaliyyətim dondurulmuş olacağdı! Bu da Demokratiya və söz azadlığı! Media nümayəndəsinə qarşı susdurmaq və maneə yaratmaq cəhdləri, fəaliyyət sisteminə zərbə mexanizmləri! Radikal müxalifətin timsalında anlaşılır ki, Xaker hücumları, virus göndərmək, saxta linklərlə şifrə ələ keçirtmək, toplanıb kütləvi şəkildə facebook-a şikayət etmək, "Demokratiya"nın təməl prinsipləridir! Demokratik bir ölkədə üzləşdiyimiz anti-Demokratik bir durum! Görsənir ki, radikal müxalifət, özü anti-Demokratik addımlar ataraq, internet üzərindən, virtual-siyasi ekstremistlik edir! - Mirsamir Məmmədov

Yorumlar