6 il əvvəl törədilən ADNA terroru xarici qüvvələrlə erməni siyasi mətbəxinin birgə məhsulu idi - Mirsamir Məmmədov

Xalqımızın gözünü qorxutmağa çalışdılar amma bunun tam əksini gördülər!......



Mirsamir Məmmədov:   Azərbaycan xalqını dərindən sarsıdan dəhşətli və faciəli bir gündən 6 il keçdi. Məhs bu günkü gün, düşmən qüvvələr və hansısa qaranlıq güclər Azərbaycanın sürətlə güclənməsindən və qüdrətlənməsindən narahatçılıq keçirtdikləri üçün, həm xalqımızın, həm Azərbaycan dövlətinin gözünü qorxutmağa, sarsıtmağa çalışdılar. Hansısa ermənipərəst qüvvələrlə birlikdə erməni kəşfiyyatına xidmət edən şəxslərin həyata keçirtdiyi ADNA terroru, 12 nəfər tələbənin həyatına son qoydu. Həmin faciəli gün, bütün Azərbaycan xalqını ürəkdən sarsıtdı. Dövlətimizin sürətlə qüdrətlənməsindən və güclənməsindən qorxan hansısa bədxah və mənfur qüvvələr, 2009-cu ilin 30 aprel tarixində, insanlıq xaricində olan dəhşətli bir cinayətə imza atdılar. Bu kimi mənfur hədə qorxuların, hansısa mənşəyi bilinməyən iyrənc qüvvələrin təhdilərinin xalqımızı qorxudacağını sandılar. Azərbaycan xalqı əsrlər boyu savaş meydanında mətanətlə, şücaətlə, qeyrətlə vuruşmuşdur, bütün tarix səhnəsində, Azərbaycan torpaqları müharibə meydanına çevrilmişdir. Xalqımız, bütün tarix boyu müharibələrə və savaşlara sinə gərmiş, tarixin ən çətin sınaqlarından üzü ağ çıxaraq, bu günümüzə uğurla gəlib çatmışdır.Təbiiki qəhrəman xalqımız heçbir kənar və məkrli qüvvələrin iyrənc və mənfur təhdidlərindən qormur və heçbir zaman da qorxmayacaq. Azərbaycan Dövləti də günü gündən sürətlə inkişaf etməkdə və güclənməkdədir, Dövlətimiz heç bir zaman mənşəyi bilinməyən bədxah qüvvələrin təhdidinə boyun əyməmiş və heçbir zaman da əyməyəcək. ALLAH Dövlətimizi və xalqımızı qorusun! Azərbaycan Dövlət Neft Akademiyasında 6 il öncə baş vermiş bu dəhşətli faciənin günahsız qurbanlarını sayqı və hörmətlə anırıq. ADNA qurbanlarına ALLAHdan rəhmət diləyirik. Məkanları cənnət olsun! AMİN!

Yorumlar