Mirsamir Məmmədov: "Heydər Əliyev bütün ömrünü Azərbaycana həsr etdi!"




Ulu Öndər Heydər Əlirza oğlu Əliyev, müasir Azərbaycan tarixinin atasıdır. Azərbaycanın Dövlətçilik tarixinə dərin məfkurə yazan Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana ikinci qayıdışı ilə, xalqımız nicat tapdı. Hər kəsin bildiyi kimi, əgər Heydər Əliyev Azərbaycana gəlməsəydi, bu gün nə Dövlət, nə də xalq qalacaqdı. AXC hakimiyyəti xalqımızı bəlalara sürüklədi, torpaqlarımız işğal olundu, ölkə qarışdı, hər kəs özündən bir bəy, xan olmuşdu, hərə bir tərəfdə yol kəsirdi, xərac alırdı, hərə bir şəhər dövləti elan etmişdi. Ölkə dağılıb məhv olmuşdu. Məhs, belə bir şəraitdə, bu dəhşətli faciəvi durumların qarşısını almaq üçün, qüdrətli siyasi bir lider lazımıydı. Amma nə hakimiyyət başında olanların səriştəsi vardı, nə də digər qüvvələr içində bu bəlaların qarşısını ala biləcək kimsə yoxuydu. Xalq, heç kimi qəbul etmirdi. Ölkəni qardaş qırğını, məlum üsyanlar bürümüşdü, hər tərəf al qan içindəydi və bunların qarşısını almaq mümkün deyildi. Hər kəsin, bütün Azərbaycan xalqının ümidi, yalnız bir şəxsdəydi, xalq, yalnız bir şəxsdən kömək və imdad gözləyirdi. O şəxs, bu günkü Azərbaycanın banisi, yaradıcısı və xilaskarı Ümummilli Lider Heydər Əliyeviydi. Məhs xalqın tələbi və təkidiylə, ümumən bütün hər kəsin davamlı və israrlı istəyi ilə Dahi Şəxsiyyət, Naxçıvandan Bakıya dəvət edildi. Və bundan sonra, hər kəsin gözlərində bir işıq yarandı, insanların qəlbində əbədi ümid çırağı və əbədi bir mə'şəl alovlandı.O zaman hər kəsin dilindən bu kəlməni eşitmək olardı., o qanlı və qadalı günlərdə, qulaq şahidi olduğum fikirləri bölüşəcəm. İnsanlar öz aralarında Heydər Əliyevin Azərbaycana gəlişini duyduqda belə deyirdilər: "ALLAH bizim ömrümüzdən kəsib, Heydər Əliyevin ömrünə calasın! Azərbaycanı ancaq o ağ günə çıxara bilər!" deyib sadə insanlar, Ulu Öndərin gəlişini öz aralarında təhlil edirdilər. Və Heç kim, təhlil və proqnozunda, ümidlərində, Ulu Öndərə etimadlarında qətiyyən yanılmamışdı. Göründüyü kimi, Bakıya qədəm qoyduğu andan, Tribunaya çıxıb duruma əl qoyan Ulu Öndər Heydər Əliyev, təkbaşına üsyançılarla danışıqlara getdi, özünün yüksək dünya görüşü, müdrik siyasəti və parlaq zəkası ilə bütün problemləri həll etməyə başladı, Azərbaycanın başı üzərindəki qara buludları dəf etdi. Xalqın iradəsiylə Bakıya çağrılan Dahi Şəxsiyyət qısa bir zamanda, ölkədəki bütün sabitliyi bərpa etdi, onun adını eşidən, özünü görək hər kəs onun şxsiyyətinin vurğunu olur, Böyük Şəxsiyyətin güclü nüfuzu qarşısında aciz qalır, hər kəs onun yüksək Liderlik bacarığı qarşısında baş əyib təslim olurdu. Ölkəni isə, bu fəlakətlərə o zamankı səriştəsiz AXC hakimiyyəti düçar etmişdi. Amma Ulu Öndərin adının qarşısında, uşaqdan böyüyə, qocadan cavana hər kəs ba. əyir, ona yüksək ehtiram, dərin sevgi və böyük etimadla yanaşırdı. Beləcə xalqına arxalanan Böyük Lider, xalqla danışığa getdi, xalq ona inandı və etimad etdi və o da bütün qalan ömrünü, xalqın inamını və etimadını doğrultmağa çalışdı.Azərbaycan xalqının istəyi və iradəsiylə heydər Əliyev ölkənin Prezidenti seçildi və bununla da Azərbaycanın xoş və xoşbəxt günləri başladı. Yüksək Dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev, bütün qüvvəsiylə Azərbaycanı yenidən qurub yaratdı və beləliklə ölkəmiz məşəqqətli günləri arxada qoydu. Heydər Əliyev, xalqımızın üzləşdiyi o müsibətləri və bəlaları xalqımızın yaddaşından silə və unutdura bildi. Xalqın Heydər Əlieyvə olan inamı və etimadı səbəbsiz və əsassız deyildi, xalq onu dərindən tanıyırdı. Hələ Uu Öndər Moskvada olarkən, rusların Bakıda həyata keçirtdiyi qanlı 20 yanvar qırğınına, o zaman ölkə rəhbərliyindəki şəxslərin və siyasət adamlarının qorxaqlıq və siyasi əqidəsizlik göstərib susduqları bir zamanda, səsini qaldırıb bu qanlı qətliamı və qırğını pisləyən, ilk siyasi şəxsiyyət, məhs elə Heydər Əliyev oldu. Özü də SSRİ paytaxtında. İmperiyanın mərkəzində dayanıb, Azərbaycanın Moskvadakı daimi nmayəndəliyində Mətbuat Konfransı keçirərək Azərbaycanda və Bakıda baş verən bu dəhşətli qırğını, Dünyanın onlarla aparıcı Kütləvi İnformasiya Vasitələri qarşısında pisləyərək, Azərbaycanın informasiya blokadası şəaitində olduğu bir zamanda öz haqq səsini ucaldaraq Azərbaycan həqiqətlərini bütün Dünyaya səslənərək çatdırmaq, onun həyatı üçün böyük bir təhlkə idi. Bu, hər an onun üçün ölüm demək idi. Məhs ölümlə üz-üzə dayanıb, qorxmadan, çəkinmədən, SSRİ paytaxdında SSRİ rəhbərliyini Dünyanın Kütləvi İnformasiya Vasitələri qarşısında pisləmək, böyük hünər və heçkimdə olmayan bir igidlik və heç kimdə omayan bir şücaət və cəsarətiydi. Heydər Əliyevin bu qeyrətli addımı, onun yüksək ləyaqəti, sərgilədiyi igidlik, Azərbaycan xalqının yaddaşından çıxmamışdır. Məhs bu kimi qeyrətli və şücaətli addımlarını görən xalq, israrla onun Hakimiyyət başına gəlməyini tələb edirdi. Bu, xalqın istəyi idi və mütləq gerçəkləşməliydi. Gücünü yalnız xalqdan alan iqtidarlar hər zaman sarsılmaz və qüdrətli olur. Özünün yüksək Dövlətçilik, quruculuq və idarətmə bacarığıyla Azərbaycanı nurlu sabaha çıxartdı, işıqlı gələcə apardı Ulu Öndərimiz. Bu gün Azərbaycan varsa, xalqımız şad və xoşbəxt halda yaşayırsa, Azərbaycan Dünyanın ən təhlükəsiz ölkəsidirsə, bunu ancaq Ümummilli Liderə borcluyuq. Dahi şəxsiyyət, xalqımıza firavanlıq, xoşbəxtlik bəxş etdi. Bunun üçün Azərbaycan xalqı, hər zaman öz Dahi Öndərinə minnətdar qalacaq. O, hər zaman bütün Azərbaycan xalqının qəlbində yaşayacaq. minilliklər də keçsə, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, şücaətləri heçbir zaman unudulmayacaq, onu adı nəsillərdən nəsillərə ötürülərək qorunub saxlanacaq. Ulu Öndərin adı və səsi duyulanda, bu gün də göz yaşlarını saxlaya bilməyib, qəhərlənən insanlar çoxdur. Bu, əsil sevgi və rəğbətdir. Onun adı xalqımız üçün müqəddəslik önəmi daşıyır. Çox şükür ki, bu gün Ulu Öndərin layiqli davamçısı var və bu yol, uğurla davam etdirilir. Möhtərəm Prezident cənab İlham Əliyev, Ümummilli Liderin bu müqəddəs yolunu, onun qədər saf və təmiş şəkildə davam etdirir, vəzifəsinin icrasına başladığı gündən, hər bir Azərbaycanlının ümid çırağına çevrilib və möhtərəm cənab Prezidentə dönə-dönədən xalqın etimadını doğultmuş və bu gün xalqla birlikdə addımlayır. Dahi Şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına olan ən böyük töhvəsi, qurduğu və xilas etdiyi Azərbaycanı layiqli və etibarlı əllərə təslim etməsi oldu. Cənab İlham Əliyev, Ulu Öndərin bu müqəddəs missiyasından etibarlı yapışaraq, Ümummilli Liderin əmanətini layiqincə qorumaqdadır. Hər zaman xalqın qayğısına qalan, xalqdan diqqətini ayırmayan İlham Əliyev, bütün Azərbaycan xalqının sonsuz sevgisini qazanmışdır. Ulu Öndər yolunun layiqli davmçısına ALLAHdan uzun ömür, can sağlığı diləyirəm. Ümummilli Lider Heydər Əliyevə də ALLAHdan rəhmət diləyirəm!


Yorumlar