"Bir kərə yüksələn bayraq, bir daha enməz!"
Azərbaycan xalqının Dövlətçilik səlaməsinin olduqca qədim və şərəfli tarixi vardır. Bu dövlətçilik dəyərlərinin ilk aşılandığı qədim tarixi dövrlərə qısa nəzər salaq. Hələ miladdan əvvəl 23-cü, 22-ci əsrlər mövcud olmuş Erkən Dövlət Qurumları Aratta, Lullubi və Kutinin yaranması və mövcud olmasıyla bu dəyərlər artıq başlanmışdır. Erkən Dövlət Qurumlarının süqutundan sonra Azərbaycan ərazisində yaranmış ilk rəsmi dövlət hər kəsin tarixdən tanıdığı Manna dövləti idi. Qədim Azərbaycan torpaqlarında, indiki Urmiyə gölünün cənub şərqində meydana gəlmişdir Manna dövləti. Manna adına ilk dəfə, eramızdan əvvəl 843-cü ildə, Assuriya hökmdarı üçüncü Salmanasarın mixi yazılı kitabəsində rast gəlinir. Tarixin qədim işğalçıları olan Midiya və Babilistanın Assuriya üzərindəki qələbəsindən təklənən Manna dövlətinə də indiki İran yaylasında mövcud olmuş işğalçı Midiya tərəfindən eramızdan əvvəl 590-cı illərdə son qoyulmuşdur. Makedoniyalı İsgəndərin Şərqə yürüşünə qədər bu ərazilər fars Əhəmənilərinin işğalı altındaydı. İsgəndər eramızdan əvvəl 330-cu ildə Persapolu yandırmasıyla Əhəmənilər dövlətinin varlığına son qoyduqda bu Azərbaycan və indiki İran əraziləri də İsgəndərin imperiyasına qatıldı. Məhs elə bütün tarix burda yenidən başlandı. Makedoniyalı İsgəndən Hindistana olan yürüşünü başa vurub qayıtdıqdan sonra, eramızdan əvvəl 323-cü ildə qəflətən zəhərlənərək ölür, onun yerinə ən yaxın sərkərdəsi olan Perdikki keçir. Cəmisi iki il hökmranlıq edən Perdikki eramızdan əvvəl 321-ci ildə ölür və bütün imperiya İsgəndərin sərkərdələri və yaxınları arasında bölünür, imperiyanın ərazisində Selevgilər, Parfiya və bir neçə dövlətlər yarandı ki, onlardan ikisi məhs elə indiki Azərbaycan və İran ərazilərində yaranan türk dövlətləri idi. Makedoniyalı İsgəndərin ölümündən sonra onun yerinə keçən ən yaxın sərkərdəsi Perdikkinin arvadının atası olan Atropat, Perdikkinin zamandında çoxlu imtiyazlar qazandığı üçün, onun ölümündən sonra Arazdan Cənubda indiki Güney Azərbaycan və İranın mərkəzinə doğru ərazilərdə Atropatena dövlətini yaradır. Bu zaman isə buna alternativ olan ikinci yaranan dövlət isə, Arazdan Şimalda yerləşən bütün indiki Azərbaycan ərazilərini əhatə edən Qafqaz Albaniyası dövləti idi. Hər iki dövlətin yaranması ilə, faktiki olaraq, rəsmi şəkildə, Azərbaycan xalqının vahid dövlətçilik ənənələri başladı. Hər iki dövlət Azərbaycan dövləti idi. Dövlətçilik dəyərləri və ənənələri bununla inkişaf edərək, tarixin bütün işğalçılarına sinə gərərək, bu dəyərlər assimlyasiya olmadı, eynən olduğu kimi davam etdi, Ərəb işğalından sonra isə, yaranmış 5 feodal dövləti də buna əyani sübut idi. Və bu dövlətçilik dəyərlərini, daim bir-birini əvəz edən Azərbaycan dövlətlərinin yaranması daha da inkişaf etdirdi. Azərbaycan Atabəylər dövləti, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin yaranması və hər birinin bir impratorluğa çevrilməsi Azərbaycan Dövlətçilik ənənələrinin olduqca sürətlə yüksəlməsi idi. Lakin ilk dəfə olaraq Şah İsmayıl Xətainin rəhbərliyi altında 1501-ci ildə yaranan Azərbaycan Səfəvilər dövlətinin yaradılmasıyla bütün Azərbaycan torpaqları vahid dövlət halında birləşdirilməsiylə vahid dövlətçilik ideologiyasıyla bərabər, vahid Azərbaycan dilinin inkişafı da geniş vüsət götürdü. Uzun bir zaman ərzində Səfəvi dövlətinin var olması bütün bu dəyərləri sona qədər inkişaf etdirdi. Lakin, 1722-ci ilin iyununda, rus çarı birinci Pyotrun Cənubi Qafqaza hücumu ilə vahid dövlətçilik dəyərləri və ənənələrimiz təhdid altına düşməyə başladı. Belə ki, 1722-ci il iyunun 18-də birinci Pyotrun Həştərxandan Cənubi Qafqaz üzərinə hücumu ilə, rusların Azərbaycan torpaqlarına davamlı və müntəzəm yürüşləri başladı. Pyotrun ölümündən sonra da bu işğalçılıq yürüşləri geniş vüsət aldı. 1747-ci il iyunun 19-da Nadir şahın öldürülməsiylə faktiki sahibsiz qalan Azərbaycan dövləti xanlıqlara parçalanaraq vahid hakimiyyət sistemindən kənaşladı, daxilində çox kiçik mikro dövlətlərə bənzəyən mikro zərrələrə bölünmüş Azərbaycan torpaqlarının bir çox hissəsini get-gedə güclənən rus çar imperiyası işğal etdi və bununla da, 1804-cü ildə rus çar imperiyası ilə İran fars dövləti arasında Azərbaycana sahib olmaq uğrunda ölüm dirim savaşı başlandı. 1813-cü ildə "Gülüstan" kəndi yaxınlığında bağlanmış və bu yerin adı ilə səslənən müqavilədə Azərbaycan iki hissəyə bölündü. Lakin bu müqavilənin şərtlərindən narazı qalan İran tərəfi bu müqavilə ilə barışmayaraq 1826-cı ildə yenidən müharibəyə başladı lakin bu dəfə 1828-ci il fevralın 10-da Türkmənçay yaxınlığında, görkəmli alim, dramaturq, Abbasquluağa Bakıxanovun da iştirakı ilə bağlanmış müqavilədə Araz çayından Şimaldakı torpaqlar ruslara, Arazdan Cənubdakı Azərbaycan torpaqları isə farslara verildi. Şimali Azərbaycan 1918-ci ilin mayın 28-nə qədər rusların işğalı altında qaldı.
Yeni dövr, Rus Çarizminin devrilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması:
Çar Rusiyasında 1917-ci il inqilabının başlanmasıyla imperiyanın sürətlə zəifləməsi, imperiyaya daxil olan bir çox xalqların azadlıq qazanmasına əlverişli şərait yaratmışdı. Belə ki, bu imkandan məharətlə istifadə edən Məmməd Əmin Rəsulzadənin başçılı ilə, Fətəlixan Xoyski, Əlimərdanbəy Topçubaşov və digər Cümhuriyyət fədailərinin güclü fəaliyyəti nəticəsində, 1918-ci ilin mayın 28-də Şərqdə ilk Demokratik Xalq Cümhuriyyəti olan, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Azərbaycan Xalq Cümhuriyyətnin yaranmasını ilk qəbul edən dövlət, 04 iyun 1918-ci ildə Osmanlı imperiyası idi.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Xalq Cümhuriyyətinin yaranması, vahid Dövlətçilik dəyərlərinin uzun bir işğal dönəmindən sonra yenidən dirçəlişi idi. Xalq Cümhuriyyətinin yaranmasıyla, himnimiz və üçrəngli bayrağımız qəbul edildi. 1918-ci ilin Noyabrın 9-da üçrəngli bayrağımızın qəbul olunmasına qədər, milli hökumətin bayrağı qırımızı rəngdə olmuşdur.
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.
Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Lakin çox təəssüfki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü çox uzun olmadı. Cəmi 23 ay ömrü olan bu Cümhuriyyətin yaranması və faliyyəti, xalqımızın yaddaşında və tariximizdə dərin və silinməz izlər buraxdı. 1920-ci ilin aprelin 28-də Anastas Mikoyan və qeyrilərinin fitnəsi və təşəbbüsüylə rus bolşevik qoşunlarının Bakını tutmasıyla Xalq Cümhuriyyətinin varlığına son qoyuldu, yeni bir əsarət, yeni bir işğal dönəmi başlandı, rus-sovet əsarəti, qanlı-işgəncə, repressiya və qanuniləşdirilmiş rus-sovet terroru dövrü başlandı. 70 il davam edən bu qanlı işğəncə və əsaərt dövründə xalqımızın bütün igid oğulları və maarifləndirici rol oynayan bütün ziyalılarımız repressiya və terrorların qurbanı oldu. 70 il davam edən sovet genasid siyasəti 1990-cı il Yanvarın 20-də Bakıda əliyalın və sivil insanların kütləvi qətliamı və qanlı terroru ilə sona çatdı. Məhs bundan sonra ayağa qalxan xalq, qatil Sovet rejiminə yox dedi və 1991-ci il oktyabrın 18-də xalqımız öz tarixi müstəqilliyinə qovuşdu. 70 ildə yüzminlərlə insanın qanı bahasına sonda əldə olunan bu azadlıq və istiqlaliyyət, xalqımızın öz qanıyla geri aldığı bir müstəqillik idi. Lakin müstəqilliyimiz qazanılsa da, güclü Dövlət qurulmamışdı. Məhs 1993-cü ilin faciəli günlərində çoxmilyonluq xalqın və meydanlarda olan yüzminlərlə insan izdihamının israrla dövlət başına gəlməsini tələb etdiyi dahi şəxsiyyət Heydər Əliyevin Bakıya gəlişi ilə Azərbaycanın müasir dövr Dövlətçiliyinin yaranmasının ən son və yeni mərhələsi başlandı. Bu dövr Azərbaycanın qüdrətli dövlətçilik tarixinin yenidən yazılması, müasir Azərbaycan dövlətinin sarsılmaz və əbədi təməllərinin yaradılması dövrü idi. Hələ əsası çox qədimlərdən qoyulan dövlətçilik ənənələrinin və dəyərlərinin yeni, müasir və daha möhkəm şəkildə yeni mərhələyə qədəm qoyması, qüdrətli Azərbaycan dövlətini meydana gətirdi. Hələ gələcəkdə regionun super dövlətinə, real güc mərkəzinə çevriləcək olan bu müasir dövlətin əbədiyaşar lideri Heydər Əliyevin şah əsəriydi müstəqil və qüdrətli Azərbaycan!
Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir! - Heydər Əliyev
Mirsamir Məmmədov
Yorumlar