ABS-DAN AZARBAYCANA VE BUTUN TURK DUNYASINA YENI BIR DESTEK! BELEKI, DOVLET KATIBI XANIM KLINTON FRANSANI SERT TENQID EDEREK, SOYQIRIMI ARASHTIRMAQ SIYASETCILERIN YOX, TARIXCILERIN ISHIDIR DEDII! XANIM KLINTON ONU DA SESLENDIRDII KI, BIRLESHMISH SHTATLAR HEC BIR ZAMAN FRANSANIN SEHVINI TEKRAR ETMEYECEK!STATIN SONU. BELE QARISHIQ BIR ZAMANDA AMERIKANIN VE XANIIM KLIINTONUN MEHZ BU CUR BIR BEYANATLA CIXISH ETMESI, FARNSANI SERT TENQID ETMESI HEQIQETEN TEQDIRELAYIQ BIR HADISEDIR! BIZ DE DOVLET KATIBININ VE AMERIKANIN AZARBAYCAN VE BUTUN TURK DUNYASINA VERDIYI BU ACIQ DESTEYI ALQISHLAYIRIIQ!

ABŞ Fransa kimi qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməyəcək. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, dövlət
katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə deyib ki, ABŞ bu məsələdə Fransanın yolu ilə getməyəcək. Hillari Klinton bildirib ki, düşüncə və bəyanata görə cinayət məsuliyyətinin olmaması ABŞ-ın ən güclü tərəfidir: “İnsanlar ABŞ-da nə istəsə, danışa bilərlər və buna görə bizim ölkədə insanlara heç nə etmirlər. Başqa ölkələrdə, o cümlədən Fransa kimi yaxın dostlarımız və müttəfiqlərimizdə isə başqa standartlar var. Ancaq mən ümid edirəm ki, biz heç vaxt ifadəyə görə cinayət məsuliyyətinin tətbiq edilməsi yolu ilə getməyəcəyik”. Hillari Klinton erməni soyqırımının tanınması, yaxud tanınmaması ətrafında müzakirələrin isə siyasətçilər deyil, tarixçilər tərəfindən aparılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, hakimiyyətlərin tarixi mübahisələrlə bağlı qərar verməsi təhlükəli nəticələrə yol aça bilər.

Yorumlar