ABS IRANA QARSHI BASH VERECEK HERBI EMELIYYATA CIDDI VE SURETLI TEDBIRLER GORUR. "ABRAAM LINKOLN" ADINA HERBI GEMI IRAN KORFEZINE DAXIL OLDU. IRANIN HER HANSI BIR SEHV ADDIMI DERHAL MUHARIBENIN BASHLANMASINA YOL ACACAQ!
İkinci Amerika təyyarədaşıyanı İran sularına yaxınlaşdı; analitiklərə görə, müharibə başlasa Tehranın donanması bir neçə günə məhv edilə bilər.ABŞ hərbi dəniz qüvvələrinin “Avraam Linkoln” təyyarədaşıyan gəmisi Fars körfəzi sularına daxil olub. Pentaqondan yayılan açıqlamada deyilir ki, təyyarədaşıyan gəmi qruplaşması həmin rayonda ABŞ-ın “Carl Vinson” təyyarədaşıyanı ilə birgə növbə çəkəcək. Gəmilərin hər birinin göyərtəsində 100-ə qədər döyüş təyyarəsi, minlərlə hərbçi və müxtəlif tipli silahlar var.
Bundan əvvəl ABŞ-ın “Con Stennis” təyyarədaşıyanı iki həftəlik döyüş növbəsindən sonra Fars körfəzini tərk edib. Pentaqon gəmilərin bölgəyə göndərilməsinin İrana qarşı müharibə hazırlıqları ilə bağlı olmadığını bildirir, bununla belə,
təsdiq edir ki, təyyarədaşıyanlar strateji əhəmiyyətli Hörmüz boğazında təhlükəsizliyi təmin edəcək. Xəbər verildiyi kimi, İrandan bu ölkəyə qarşı neft embarqolarının tətbiq ediləcəyi halda boğazı bağlamaq hədələri eşidilir. ABŞ xəbərdarlıq edir ki, boğazın bağlanması müharibəyə səbəb olacaq. İran hərbi donanmasının yaxın günlərdə boğazda yeni manevrlərə başlayacağı gözlənilir.
Bu təlimlər ərəfəsində ABŞ hərbi qüvvələrinin Fars Körfəzində İrandan gələn hər bir təhlükənin qarşısını almaq üçün hazırlıq gördüyünü bildirib. Müdafiə naziri Leon Panetta bildirib ki, Birləşmiş Ştatlar İranın Hörmüz boğazını bağlamaq təhlükəsinə qarşı hansısa yeni hərbi hazırlıq görmür və öz qüvvələrini yenidən qruplaşdırmır: “Niyə? Ona görə ki, açığını desəm biz bu varianta çoxdan hazırıq və bütün hərbi hazırlıqlarımızı tamamlamışıq. Bizim Hörmüz boğazının bağlanacağı halda necə hərəkət etməyə dair ətraflı planımız var”. Xəbərlərə görə, ABŞ Hərbi Dəniz Donanması körfəzdə əmrə hazır vəziyyətdə gözləyir. Qərargahı Bəhreyndə yerləşən 5-ci dəniz donanması ABŞ-ın regionda daimi yerləşdirdiyi monolit hərbi dəniz donanmalardan biridir. Bu hərbi qüvvələr İranla gərginlik hərbi müstəviyə keçdiyi təqdirdə hücuma cavab vermək üçün hazırdır.
İran bu ay keçirdiyi təlimlərlə Tehranın hərbi gücünü nümayiş etdirmək istəyir. Lakin analitiklərin fikrincə, illərlə davam edən beynəlxalq sanksiyalardan sonra İran müharibə olduğu təqdirdə köhnəlmiş avandanlığı ilə çətinlik çəkə bilər.(Turan). Müdafiə məsələləri üzrə analitik Antoni Kordsmen: “Bu silahların əksəriyyəti şah dövründən qalmadır. Digərləri isə Çin və Rusiyadan olan nisbətən aşağı keyfiyyətli sursatlardır. İranın demək olar ki, müasir yer-hava tipli raketləri yoxdur. Faktiki olaraq İranın əsas döyüş gəmiləri şah dövrünə məxsusdur və üzərilərində çox az yenilənmə işləri aparılıb.” Güclü və müasir hərbi avadanlığa malik olmayan İran, analitiklərin sözləri ilə desək, asimmetrik müharibə ilə üzləşə bilər. Kiçik gəmilər, mina və raket qurğuları ilə İran kiçik miqyaslı, ABŞ qüvvələrini vurub qaçmaq kimi hücumlar həyata keçirə bilər.
Analitiklərin sözlərinə görə, İran ABŞ və ya İsraillə irimiqyaslı müharibəyə başlaması, İranın hərbi qüvvələrinin bir neçə gün ərzində məhvinə səbəb ola bilər. Müdafiə üzrə analitik Bryus Ridelin fikrincə, ABŞ və İsrail İrandan olduqca güclüdür. ABŞ və onun müttəfiqləri ilə irimiqyaslı qarşıdurmaya getməmək üçün İranın kifayət qədər səbəbi olmalıdır. Lakin müharibə baş versə, Amerika hazırdır.
Yorumlar