Bakı - APA. Avropa Birliyinə (AB)
daxil olan ölkələrin xarici işlər nazirləri İrandan neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb.
APA-nın xəbərinə görə, sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
AB-nin məqsədi İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsməkdir. Analoji sanksiyalar artıq ABŞ tərəfindən tətbiq olunur.
Qeyd edək ki, İran ölkədə hasil olunan neftin 20%-ni Avropaya ixrac edir. İranın Avropaya ixrac etdiyi neftin 68%-ni isə Yunanıstan, İtaliya və İspaniya alır.
Yorumlar