Fransa Senatı başqa soyqırımları da qəbul etmək məcburiyyətindədir

Jan Pyer Sueur qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, rəsmi Parisin başqa soyqırımları da qəbul etmək məcburiyyətində qalacağını bildiribFransa Senatında "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun
layihəsininin səsverməsində iştirak edən Senatın qanun layihələri üzrə rəhbəri Jan Pyer Sueur qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, rəsmi Parisin başqa soyqırımları da qəbul etmək məcburiyyətində qalacağını bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TRT Haber telekanalı xəbər verib. Telekanalın məlumatına görə, Senatda qanun lahiyəsinin müzakirəsi zamanı 348 senatordan 68-i iştirak edib. "YUNESKO tərkibində 1915-ci hadisələrini araşdıran komissiya yaradılmalıdır", - Pyer Sueur bildirib. Fransa Senatının alt palatası ötən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur. Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib. Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Yorumlar