Fransa Senatı “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etdi

Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransanın Türkiyə ilə münasibətlərinə ciddi zərbə vuracaq qanunun lehinə 127, əleyhinə 86 senator səs verib. Fransa qanunveriiliyinə görə, prezident qəbul edilmiş sənəd hökumətə təqdim olunduqdan sonra 15 gün ərzində
onu təsdiqləməlidir. O, müddət bitdiyində parlamentdən qanuna və ya onun ayrı-ayrı maddələrinə yenidən baxılmasını xahiş edə bilər. Bu xahiş rədd edilə bilməz. Qanun təklifini hazırlayan iqtidardakı Xalq Hərəkəti üçün Birlik (UMP) Partiyasının millət vəkili Valerie Boyer, təklifin Senatda qəbulundan sonra sevincindən ağlayıb. Fransa Senatının, ermənilərin üzünü güldürən qanun təklifini qəbul etməsindən sonra Türkiyənin Paris səfiri Tahsin Burcuoğlu, "bu çox səhv bir qərardır. Bunun məsuliyyətini biz daşımırıq. Biz əlimizdən gələni etdik", - deyib. Burcuoğlu, "Türkiyəyə müşavirələr üçün çağırılacaqsınızmı" sualına da, "bu da variantlardan biridir" cavabını verib. Qanun təklifini hazırlayan millət vəkili Valerie Boyer Senatdakı səsvermədən sonra mətbuata açqıalamsında, belə bir qanun təklifinin memarı olduğu üçün özüylə qürur duyduğunu söyləyib. Erməni “soyqırmı”nın əsl üzü Bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər. Məsələ ondadır ki, indi ayrı-ayrı ölkələrin parlamentində deputatlar əl qaldırıb endirməklə tarixdə heç biz zaman olmayan uydurma “soyqırımı”nın guya olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir.


Çar Rusiyasının Xarici İşlər Nazirliyində uzun illər məxfi saxlanılan sənədələrdə göstərilib ki, Birinci Dünya Müharibəsi başlayanda çarizim özünün məqsədlərinə nail olmaq üçün erməni silahlı dəstələrini hazırlayırdı. Çarzmin əsas məqsədi İstanbula, Çanaqqala, Bosfor və Dardanel boğazlarına sahib olmaq idi. Erməni silahlı dəstələri sistemli şəkildə yaradılıb cəbhəyə göndərilirdi. Əsas göstərişlər Moskvadan, Peterburqdan verilirdi. Osmanlı ilə Çar Rusiyası müharibəyə girdikdən sonra erməni silahlı dəstələri dinc türk əhalisini arxadan vurdular. Türklər erməniləri qırdı, yoxsa, erməni silahlı dəstələri dinc türk müsəlman əhalini qırdılar? Müharibə başlayan zaman Qars vilayətinin müvəqqəti general-qubernatoru, general-leytenant Zubov idi. 1915-ci ilin yanvarında general Zubov vilayətin əhalisinə bir müraciət etdi. O müraciətdə general Zubov yazırdı: “Türkiyə ilə müharibə başladıqdan sonra az mədəniyyətli xristian əhalisinin bir hissəsi yerli müsəlmanlara qarşı düşmənçilik edirlər, açıq hücümlar edərək dinc müəslmanları öldürürlər. Bu, xeyli qəmli təzahürdür. Rusiya türk hökuməti ilə döyüşür, yerli dinc əhali ilə döyüşmür. Dinc müsəlman əhalinin öldürülməsi idarəçilik qaydalarına qarçı cinayətdir”. Nəyə görə 24 aprel..? Bütün bu qırğınların hamısı 1915-ci ilin aprelinə qədər olub, ermənilər tərəfindən türklərə və müsəlmanlara qarşı törədilib. Erməni silahlıları dinc tükləri, müsəlmanları qırıblar, yerlərdə yaşayanlar ermənilər hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırıblar. 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də “Söbh və isqan haqqında” Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər. 1915-ci ildə Türkiyədə 1,5 milyon erməni olmayıb 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onlar müharibə aparmasına baxmayaraq Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər 1 milyon 500 min nəfər ermənin qırıldığını söyləyirlər. Bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin “soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. “Erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kmi istifadə edilib. Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib. Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915- ci ildən sonra onlar bu “soyqırımı” uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. “Soyqırımı” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər. “Soyqırımı” onların alver predmetinə çevrilib.

Yorumlar