İran Avropa Birliyi (AB) ölkələrinə neft ixracını
fevraldan etibarən dayandıra bilər. Rusiya KİV-nin xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədr müavini Hüseyn İbrahimi bildirib.
"Parlament bazar günü bu məsələni müzakirə edəcək. Artıq gələn həftədən Avropaya İran neftinin ixracı dayandırıla bilər", - deyə o, qeyd edib.
Xatırladaq ki, AB İrana qarşı yeni sanksiyalar çərçivəsində bu ölkə neftindən imtinaya qərar verib. Qərara əsasən, yayadək İran neftinin AB-yə idxalına tədricən son qoyulması nəzərdə tutulub.
Görünür, Tehran Avropanı qabaqlamaq fikrinə düşüb.
Yorumlar