IRAN MOLLA REJIMININ ESAS FEALOYYETI XALQI ALDATMAQDIR! 33 ILDIR KII, MOLLALAR XALQI ALDADIRLAR! GORESEN DAHA NE QEDER XALQI ALDADACAQLAR?!
Avropa Birliyi İran hakimiyyətinə daha 6 ay möhlət verdi. Ancaq təəssüflər olsun ki, beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtləri müzakirə etmək yollarını axtarmaqdansa, İslam Respublikasının rəsmiləri bəlağətli çıxışlar edir.
Ötən gün ölkənin Kirman şəhərinə səfəri zamanı prezident Mahmud Əhmədinejad
jurnalistlərə açıqlamasında ölkədəki iqtisadi vəziyyətdən və beynəlxalq sanksiyalardan danışaraq, deyib ki, ölkə iqtisadiyyatı sabit vəziyyətdədir: «Mən məsələlərdən xəbərdar olan bir şəxs kimi bildirirəm ki, ölkə iqtisadiyyatında heç bir problem yoxdur. İran iqtisadiyyatı sabitlik içindədir. Əlbəttə, düşmənlər bizə təzyiq göstərir. Ancaq xalq hər şeyə hazırdır. Artıq dünyada quldurluq dövrü başa çatıb». Əhmədinejad İrana qarşı beynəlxalq sanksiyalara da münasibət bildirib: “Onlar (Qərb) yalan danışır və deyirlər ki, sanksiyalarda məqsəd İran xalqına təzyiq göstərmək deyil. Əgər belədirsə, onlardan soruşmaq lazımdır ki, bəs bu sanksiyalarda məqsəd nədir? Onlar daima bəhanə axtarır, deyirlər ki, İran Qərblə danışıqlardan boyun qaçırır, halbuki özləri müzakirələr ərəfəsində İrana qarşı qətnamə qəbul edir, bununla da qarşılıqlı danışıqları pozmağa cəhd göstərirlər”.
Bu arada, atom proqramını dayandırmadığına görə beynəlxalq sanksiyalar nəticəsində son r bir ayda ölkə milli valyutası – rial ABŞ dollarına nisbətdə daha 50 faiz ucuzlaşıb. Yerli müşahidəçilərin sözlərinə görə, ölkədə gündəlik tələbat malları və başqa məsulların qiymətində ciddi bahalaşma hiss olunur.
İran prezidenti bu çıxışı ilə əslində ölkə ictimaiyyətini özlərinin dediyi kimi «düşmənlərə» qarşı səfərbər olmağa çağırır. Çünki İslam Respublikasının vətəndaşları 33 ildir mövcud hakimiyyətin yaratdığı «düşmən»lərə qarşı mübarizənin dirənişçilərinə çevrilib. Odur ki, təbii sual yaranır – bu müqavimət nə qədər sürəcək? 33 il bir qərinədir. 33 ildir mövcud hakimiyyət əhalini sanksiyalar şəraitində yaşamağa məcbur edir.
İran rəhbərliyi durmadan artan hərbi qüdrətindən də danışır. Ötən gün yerli istehsal sayılan «F-14» qırıcı təyyarəsi Buşəhr şəhərinin Kərəbənd kəndi ilə Şıf adası yaxınlığında qəzaya uğrayıb. Pilot və köməkçisinin həlak olduğu haqda məlumatlar yayılıb.
Biri-birinin ardınca dünyanın aparıcı şirkətləri İran neftini almaqdan imtina etməkdədir. Ötən gün Fransanın “Total” neft şirkəti İrandan neft idxalını tamamilə dayandırdığını bəyan edib. Şirkətin icraçı direktoru Kristof de Marjeri jurnalistlərə açıqlamasında deyib ki, İran neftini almaqdan imtina etməsi Tehrana qarşı beynəlxalq sanksiyalarla əlaqədardır: «Biz İrandan neft idxalını dayandırsaq da, hesab edirəm ki, İran neftinə başqa müştərilər tapılacaq. İran öz neftini satmaq üçün müəyyən güzəştlərə getsə, yəqin ki, ona digər müştərilər çıxacaq. Biz hər gün İrandan 80 min barel həcmində neft alırdıq. İndi bunu tamamilə dayandırmışıq və artıq İrandan neft almırıq».
Heç şübhəsiz Tehran hakimiyyəti sanksiyalardan yayınmaq üçün neftin qaçaqmal yolu ilə ixracına arxayındır. Hələ bir müddət öncə İran rəsmiləri bəyan etdi ki, ölkədə qeydiyyatda olmayan yüzdən artıq neft limanı var. Bundan başqa İranda qeydiyyatda olmayan çoxlu sayda gömrük-keçid məntəqələri də mövcuddur. Təbii ki bu sayaq yolla Tehran xam nefti satıb, özünü bir müddət sanksiyalardan qoruya bilər. Ancaq bu neçə il sürəcək? Yoxsa İran rəhbərliyi «Somali quldurları» ilə ortaq işləyəcək?
Hörmüz boğazının bağlanması məsələsi ilə İran rəsmiləri tez-tez hədələyici çıxışlar etməkdədir. NATO-nun baş katibi Anders Foq Rasmussen bu məsələyə belə münasibət bildirib: «Mən İran rəhbərliyini uranın zənginləşdirməsi proqramı daxil olmaqla beynəlxalq öhdəlikləri yerinə yetirməyə, Hörmüz boğazından sərbəst hərəkəti təmin etməyə çağırıram». Onun sözlərinə görə, başçılıq etdiyi qurum İran ətrafında baş verən olayları diqqətlə izləyir.
Baş verənlərə istinadən demək olar ki, zaman artıq Tehran hakimiyyətinin xeyrinə işləmir. İtirilən hər gün bu rejimin dünyadan tam təcridinə yaxınlaşdırır. Belə bir vəziyyətin illər uzunu sürəcəyi ağlabatan görünmür. Hakimiyyət isə hələ də ölkə cəmiyyətini 33 il öncəki siyasəti ilə aldatmağa çalışır.
Yorumlar