IRANDA BIR JURNALIST HEBS OLUNUB!

İranda islahatçı jurnalist və dinc siyasi fəal Səid Rəzəvi Fəqih tutulub. F Jurnalist 8 gün qabaq tutulsa da,
bununla bağlı xəbər yenicə yayılıb. ETTELAAT əməkdaşları Fransada təhsil alan Səid Rəzəvi Fəqihi yanvarın 17-də Parisdən Tehrana gələrkən Tehran aeroportunda tutub aparıblar. İranın bir neçə islahatçı qəzeti ilə əməkdaşlıq edən Səid Rəzəvi Fəqihin hazırda Tehranın Evin zindanında saxlandığı bildirilir. Jurnalistin konkret nədə günahlandırılması haqda məlumat yoxdur.

Yorumlar