Suriya hökumətinə qarşı qətnamə nəzərdən keçirilir

Dəməşqə qarşı qətnamə Suriya prezidentini hakimiyyəti müavininə ötürməyə çağırır.Bu həftənin əvvəlində Ərəb Liqasının hazırladığı plan Mərakeş tərəfindən təqdim edilib.Sənəd iki həftə ərzində müxalifətin iştirakı
ilə yeni milli barışıq hökumətinin qurulmasını nəzərdə tutur.Bəşər Əsədin təklifə reaksiya göstərmədiyi təqdirdə Suriya prezidentinə qarşı əlavə təsir vasitələrinə çağırılır.Sənəd Fransa, Amerika və İngiltərənin dəstəyinə malikdir.Rusiya rejim “dəyişdirilməsini” nəzərdə tutan qətnamə layihəsinə etiraz edib.Rusianın BMT-dəki nümayəndəsi deyib ki, Suriya daxili qüvvələr ölkədəki məsələni kənardan təsir olmadan siyasi yolla həll etməlidirlər

Yorumlar