VLADIMIR PUTIN TURKIYENIN "ATOM ELEKTRIK STANSIYASININ" TILMESINE TELESDIYINI DEYIB! PUTININ FIKRINCE TURKIYE BU MESELEDE COX TELESIK HEREKET EDIR!
Putin: Ərdoğan tələsir...
Rusiyanın baş naziri Vladimir Putin Türkiyənin Mersin bölgəsində inşa ediləcək atom elektrik stansiyası (AES) ilə bağlı Türkiyənin çox tələsik davrandığını söyləyib. Lent.az-ın ‘trtazerbaycan.com” saytına
istinadən verdiyi məlumata görə, Rusiyanın Türkiyədə atom stansiyası tikəcəyini bildirən Vladimir Putin deyib ki, dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə danışıb.
O, Rəcəb Tayyib Ərdoğanın da bu məsələdə tələsdiyini dilə gətirib: “Hər şey planlaşdırdığımız kimi gedir. Türkiyə qanunvericiliyindən irəli gələn bəzi problemlər var. Orada işləyən hər xarici işçi ilə bərabər ən az 5 türk işçi olmalıdır. Amma nüvə layihələrində bu çox çətindir. Çünki yüksək səviyyəli mütəxəssislər lazımdır. Türkiyədə isə hələlik belə mütəxəssislər yoxdur. Amma əminəm ki, olacaq. Yəni hər şey öz yolu ilə gedəcək”.
Yorumlar